Yuxarı

Torpağın başqasına bağışlanması... - Əli Əhmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tariximizin şərəfli səhifələrinin yazıldığı dövrlərdə Azərbaycanın tarixinə qara ləkə kimi daxil olmuş hadisələr də baş verdi ki, bunun da araşdırılması və düzgün tarixi qiymətin verilməsi böyük əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “İrəvan tarixi Azərbaycan şəhəri” mövzusunda keçirilən videkonfransda bildirib.

Əli Əhmədov qeyd edib ki, həmin hadisələrdən biri 1918-ci ilin may ayında İrəvan şəhərinin və onun ətrafındakı torpaqların ermənilərə təhvil verilməsidir. Onun sözlərinə görə, hər bir xalqın tarixində ən faciəli səhifələr onun torpaqlarının itirilməsi ilə əlaqədardır. Təbii ki, Azərbaycan xalqı da istisna deyil. Torpağın başqasına bağışlanması xalq qarşısında böyük qəbahət və günahlardan biridir.

Əli Əhmədov deyib ki, tarixi Azərbaycan şəhəri olan İrəvanın ermənilərə verilməsi kimlərsə tərəfindən əsaslandırılmağa çalışılsa da, buna bəraət qazandırmaq mümkün deyil. Xüsusilə də, bu addımın xalqın rəyi olmadan həyata keçirilməsi səbəbkarların günahını qat-qat artırır. Xalqın sahibi olduğu torpaqla əlaqədar qərar qəbul olunmasının yeganə subyekti xalq olmalıdır. Təəssüf ki, 1918-ci ilin may ayında İrəvan və onun ətrafında torpaqların ermənilərə verilməsində bu torpaqların sahibi olan Azərbaycan xalqı ilə hər hansı məsləhətləşmələr aparılmasına ehtiyac duyulmayıb. Xalqın rəyi nəzərə alınmadan İrəvan ermənilərə təhvil verilib. Bu, həmin qərarı verənlərin tarixi məsuliyyətini qat-qat artırır. Həmin qərar nəticəsində həmin torpaqların sahibləri tamamilə başqa tale yaşamağa məhkum oldu. Bir günün içində İrəvan başqalarına verildi. Hansı ki, o şəhəri həmin insanların babaları tikmişdilər. Şəhərin ermənilərə verilməsi ilə onlar acınacaqlı tale yaşamalı oldular.

Əli Əhmədovun sözlərinə görə, İrəvanın ermənilərə verilməsi nəticəsində azərbaycanlıların etnik təmizləməsinin əsası qoyuldu: “Çox qısa müddət ərzində çoxluq təşkil edən azərbaycanlıların sıxışdırılıb çıxarılması nəticəsində İrəvanın etnik tərkibi dəyişdirilib. Müəyyən müddət keçəndən sonra azərbaycanlılar özlərinin tikdiyi şəhərlə vidalaşmalı oldular. Təkcə İrəvan sakinləri yox, Qərbi Azərbaycanlıların hamısı etnik təmizləməyə məruz qaldı. 70-80 il ərzində bütün azərbaycanlılar həmin torpaqlardan çıxarıldı. Buna görə də, Prezident İlham Əliyev dəfələrlə indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan edib. O cümlədən, Ermənistanın paytaxtının Azərbaycanın tarixi şəhəri olduğunu vuirğulayıb. Prezidentimiz bu fikirləri dəfələrlə səsləndirməklə Azərbaycan alimləri, tarixçiləri qarşısında Azərbaycanın tarixinin şərəfli məqamları ilə yanaşı taleyimizdə müsbət izlər buraxmayan məqamların da araşdırılmasını vəzifə kimi qarşıya qoyub. İnanırıq ki, cənab Prezidentin qarşıya qoyduğu məsələlər daha ciddi şəkildə araşdırılacaq. Çünki tarixini yaxşı biməyən xalq öz tarixinə sahib çıxa bilməz”.

Tarix
2020.06.19 / 00:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla