Yuxarı

Prezidentdən gəncəlilərə şad xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi mənim göstərişimlə Gəncə şəhərində həyata keçiriləcək. Bu məqsədlə biz Avropa Yenidənqurma və İnkişaf Bankından təqribən 70 milyon avro dəyərində kredit götürürük.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə məlumat verib.

Dövlətimizin başçısı bildirib ki, bu gün kreditlərin götürülməsi ancaq müstəsna hal kimi mümkündür. “Çünki bizim özümüzün kifayət qədər vəsaitimiz var. Mən istəyirəm ki, bizim xarici dövlət borcumuz daha da aşağı düşsün. Baxmayaraq ki, indi də 20 faizin altındadır. Ancaq strateji və texnologiya tutumlu layihələr üçün kreditlər götürürük və bu kreditin götürülməsinə mən icazə verdim. Gəncədə icra ediləcək “Yaşıl şəhər” layihəsi ictimai nəqliyyatı əhatə edəcək. Ondan sonra küçələrin işıqlandırılması, - bilirəm, bu məsələ ilə bağlı problem var, - bir də bərk məişət tullantılarının utilizasiyası. İlkin mərhələdə insanları narahat edən bu üç məsələ öz həllini tapacaqdır. Əlbəttə ki, biz bundan sonra da dövlət büdcəsi hesabına bütün lazımi addımları atacağıq”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Tarix
2020.06.24 / 23:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla