Yuxarı

Akopyanın telefon danışığı bunun sübutudur - MN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akopyanın telefon danışığı bunun sübutudur - MN

Azərbaycan tərəfi düşmən barədə, eləcə də Ermənistanda baş verən bütün proseslərlə bağlı istənilən məlumata malikdir.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirlik bəyan edir ki, bu yaxınlarda "Dağlıq Qarabağın müdafiə naziri" Movses Akopyanın telefon danışığının audioyazısının ictimailəşməsi bunun əyani sübutudur.

Cəbhədə erməni tərəfinin itkilərin gizlədilməsinə gəldikdə isə həqiqətən erməni tərəfi bütün iyrənc üsullardan istifadə edərək xeyli sayda olan itkilərini gizlədir: "Bütün bunlara baxmayaraq, erməni mətbuatının yaydığı rəsmi məlumatları izləsəniz, ermənilərin itkilərinin statistikasını açıq-aydın görə bilərsiniz. Hətta rəsmi məlumatlar əsasında yayılan xəbərlər istər Ermənistanda, istərsə də düşmən ordusunda vəziyyətin nə qədər acınacaqlı, dözülməz və şəraitin yaxşılığa doğru bərpasının ümidsiz olduğunu açıq-aydın göstərir. Buna bariz nümunə isə martın 22-də Azərbaycan tərəfinə könüllü surətdə keçmiş erməni hərbi qulluqçu A.Qriqoryanın səsləndirdiyi fikirlərdir".

Qeyd edək ki, Ermənistan KİV-ləri martın 29-30-da cəbhədə gedən döyüşlər zamanı 7 erməni hərbçinin öldüyü barədə məlumat yayıb. Rəsmi orqanlar isə bu barədə dəqiq məlumat vermirlər. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, erməni tərəfinin itkiləri açıqlanan rəqəmlərdən qat-qat çoxdur və ermənilər bu itkiləri tədricən açıqlayacaqlar.

Tarix
2015.03.31 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla