Yuxarı

Daha iki yeyinti: Qarayev istintaqa cəlb edilə bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha iki yeyinti: Qarayev istintaqa cəlb edilə bilər?

Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevə qarşı istintaq başladılmalıdır. Əgər o, vəzifə səlahiyyətlərindən sui-istifadə edibsə, qanunla mühakimə edilməlidir.

Bunu Axar.az-a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev Hesablama Palatasının Mədəniyyət Nazirliyi nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidənyayınma və Nazirliyin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etməsi hallarına görə keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin məsuliyyətə cəlb edilməsi ehtimalı haqda danışarkən deyib. O bildirib ki, bu və digər məsələlərdə nazirin rolu araşdırılmalıdır:

“Onu deyim ki, Hesablama Palatasının Azərbaycan Dövlət Filarmoniyasında aşkarladığı vergidənyayınma hallarına görə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev birbaşa məsuliyyət daşımır. Çünki o, nə Filarmoniyanın birbaşa rəhbəridir, nə mühasibatçısıdır, nə də onun bu quruma nəzarət etmə imkanları var. Yəni məsələ ilə bağlı tədqiqat aparılmalıdır. Əgər sübut olunsa ki, Filarmoniyada aşkarlanan vergidənyayınma hallarında Əbülfəs Qarayevin birbaşa əli var, o zaman onu məsuliyyətə cəlb etmək olar. Məsələ ilə bağlı sübut, dəlil olmadığı təqdirdə, o, bu işdə heç bir məsuliyyət daşımır”.

Hüquqşünas bildirib ki, Nazirliyin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etməsi məsələsi daha ciddi haldır:

“Tədqiqat araşdırmalıdır ki, ilk növbədə bu şəxsə nə üçün pul verilib və ya Rusiya xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi halda onun bank hesabına 26,2 min manat, “mənzilinin kirayəsi”nə görə isə icraçıya 7,2 min manat artıq vəsait nə üçün ödənilib? Bəzən bu kimi hallar lobbiçilik və ya ölkənin tanınması üçün edilir. Yəni mütləq araşdırılmalıdır, yalnız bu açıqlama hələ Əbülfəs Qarayevin günahkar olmasının təsdiqi deyil”.

Tarix
2020.06.29 / 17:37
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla