Yuxarı

Sabah Bakı ilə İrəvan arasında Qarabağ danışıqları olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah Bakı ilə İrəvan arasında Qarabağ danışıqları olacaq

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüşü baş tutub.

Axar.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb.

Həmsədrlər imkan olan ilk fürsətdə iki ölkənin Xarici İşlər nazirləri arasında birbaşa təmasların qurulmasının əhəmiyyətini vurğulayıblar.

Sabah, 30 iyun tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.

Tarix
2020.06.29 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla