Müdafiə Nazirliyi bildirir
ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində
minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka
ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şıxlar, Şirvanlı,
Şuraabad, Qaraqşlı, Sarıcalı, Mərzili, Cəvahirli, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan,
Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili
kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və
Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz
qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.