Yuxarı

Bu, bütün bəşəriyyət üçün ciddi çağırışdır - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəqəmsal bölünmələri bağlayın: COVID-19-a rəqəmsal cavab” mövzusunda videokonfrans keçirilib. Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov videokonfransda çıxış edib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tədbirdə çıxış edən Elmar Məmmədyarov dünyanın koronavirus pandemiyası (COVID-19) ilə apardığı mübarizənin davam etdiyi bir dövrdə bu vacib görüşü təşkilinin əhəmiyyətindən danışaraq deyib: “Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır, çünki dünyanın hər bir hissəsində insan sağlamlığına, təhlükəsizliyinə və rifahına ciddi zərərlər ilə nəticələnən xəstəlik və tələfat hallarının sayı günbəgün artmağa doğru gedir. Sağlamlıq böhranından qat-qat iri olan COVID-19 zərər çəkmiş ölkələrdə dağıdıcı sosial, iqtisadi və siyasi böhranlar və Davamlı İnkişaf Məqsədlərində (DİM) irəliləyiş əldə etməkdə əngəllər yaratmaq potensialına malik olduğunu nümayiş etdirdi. Bir çox qeyd olunan təsirləri ilə yanaşı, pandemiya, həmçinin bu cür hallar zamanı davamlı cavab reaksiyasının qurulması üçün rəqəmsal texnologiyadan istifadə etmək qabiliyyətinin artırılmasının nə qədər vacib olduğunu qiymətləndirmək imkanını da verdi. Pandemiyanın ilk günlərindən etibarən rəqəmsal texnologiyalar COVID-19 ilə mübarizə üzrə milli cavab strategiyaların mərkəzində olmuşlar. Məsələn, İnformasiya və Rabitə Texnologiyaları onlayn təhsilə çıxışı təmin edən, sağlamlıq vəziyyətinin monitorinqi üçün platformaları inkişaf etdirən, həyati vacib məlumatları cəmiyyətə yaymaq və təcrid vəziyyətində qalanlara mal və xidmətlərin çatdırılmasını asanlaşdıran bir vasitəyə çevrilib”.

Azərbaycanın COVID-19-un təsirinə milli cavabının bir hissəsi olaraq İnformasiya və Rabitə Texnologiyalarından fəal şəkildə istifadə etdiyini bildirən nazir qeyd edib ki, pandemiya zamanı elektron xidmətləri hər bir şəxs üçün əlçatan edən vahid rəqəmsal platforma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən istifadəyə verildi. Onlayn mağazalara, təhsilə, səhiyyəyə, əyləncəyə və malların çatdırılması ilə bağlı linkləri bir araya toplayan platforma istifadəçilərin onlara çıxışını asanlaşdırır. Platforma sosial məsafəni saxlamaq və evdə qalmaq üzrə tövsiyələr verir, o cümlədən onlayn biznesin yaradılması və aparılması ilə bağlı təlimlər daxil olmaqla bir sıra onlayn təhsil imkanlarını təklif edir.

“Bununla yanaşı, karantin rejimi zamanı insanların evdən çıxmasına icazə verilməsini tənzimləyən elektron platforma və Azcloud infrastrukturuna əsaslanan yeni video konfrans sistemi yaradıldı. Təhsil prosesinin davamlılığını təmin etmək üçün hərtərəfli distant təhsil sisteminə təkan verildi. Milli televiziya kanalları televiziya dərslərini yayımlayır, həmçinin bu dərslərin çəkilişi Təhsil Nazirliyinin təlim platformasında yerləşdirilir və onlayn olaraq mövcuddur. Əksər universitetlər Təhsil Nazirliyinin təqdim etdiyi onlayn təlim platformalarından ödənişsiz olaraq istifadə edirlər.

Pandemiya, eyni zamanda, göstərdi ki, informasiya və rabitə texnologiyası vasitələrinə və genişzolaqlı rabitəyə giriş baxımından başlanğıc nöqtəsi hamı üçün eyni olmadı, çünki inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bölgələrarası və bölgələrdaxili rəqəmsal bölünmə var. Bununla əlaqədar olaraq, ölkələrə ehtiyatları səfərbər etmək və uzaqdan mal və xidmətlər göstərmək üçün müasir və kontekstə uyğun həll yolları tətbiq etməkdə köməklik göstərmək məqsədilə səylərin birləşdirilməsi vacibdir. Yalnız dövlətlər və beynəlxalq ictimaiyyət arasında həmrəylik və əməkdaşlıq sayəsində hamı üçün təhlükəsizlik və rifaha nail ola bilərik. Bundan irəli gələrək, Azərbaycan Qoşulmama Hərəkatının və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fövqəladə zirvə görüşlərini keçirdi. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına, xüsusilə Afrika, Asiya və Latın Amerikasındakı ehtiyacı olan əhaliyə kömək etmək məqsədi ilə 10 milyon ABŞ dolları ayırdı. Azərbaycan Qoşulmama Hərəkatının üzv dövlətləri adından BMT üzv dövlətlərinin əksər çoxluğunun dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. İnanırıq ki, bu sessiya həm də COVID-19-a cavab olaraq İnformasiya və Rabitə Texnologiyalarından nə qədər yaxşı istifadə edə biləcəyimizi araşdırmaq və bu sahədə təcrübə mübadiləsini davam etdirmək üçün bir platformanı təmin edəcək”, - deyə nazir vurğulayıb.

Tarix
2020.07.01 / 20:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla