Yuxarı

Yunanıstandan Türkiyəyə terror zərbəsi - Detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə prokurorun terrorçular tərəfindən öldürülməsi ilə bağlı senssasion detallar üzə çıxıb.

Axar.az xəbər verir ki, prokuror Məhmət Səlim Kirazın dəfn mərasimindən sonra çıxış edən Baş nazir Əhməd Davudoğlu terrorçuların "öldür" əmrini xaricdən aldıqlarını açıqlayıb.

Türkiyənin "Vətən" qəzeti isə hüquq mühafizə orqanlarından əldə etdiyi məlumatlara əsasən iddia edir ki, "vur" əmri terrorçulara Yunanıstandan verilib.

Səbəb isə DHKP-C təşkilatının lideri başda Hüseyn Fevzi Təkin olmaqla digər qurum rəhbərlərinin hazırda Yunanıstanda olmasıdır.

İkincisi isə əməliyyatda iştirak edən terrorçulardan Şəfəq Yaylanın böyük qardaşı Məhmət Yayla Türkiyədə bir sıra terror aktları törədib və o da hazırda Yunanıstanda yaşayır. Terrorçuların əməliyyat boyunca Yunanıstanla telefon əlaqəsi qurduqları açıqlanıb.

Qeyd edək ki, martın 31-də İstanbulun Çağlayan Ədliyyəsinə təşkil edilən hücumda terrorçular girov götürdükləri prokuror Məhmət Səlim Kirazı öldürüblər. Əməliyyatı təşkil edən iki terrorçu isə xüsusi təyinatlılar tərəfindən öldürülüb.

Tarix
2015.04.02 / 13:28
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla