Yuxarı

DTX-nin XİN əməliyyatının pərdəarxası - Sabiq nazirdən şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi digər qurumlardan fərqlənir. Belə ki, bu qurumda keçirilən əməliyyat zamanı təkcə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi və ya digər qanun pozuntuları deyil, eyni zamanda xarici ölkələrə məlumat ötürülməsi, şəxsi maraqlarını dövlətin ali maraqlarından üstün tutan şəxslərin əməlləri də aşkarlana bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinə qarşı əməliyyat keçirməsini şərh edərkən deyib.

Politoloq bu əməliyyatın gözlənilən olduğunu bildirib:

“Biz bundan öncə də icra hakimiyyəti orqanlarının, daha sonra nazirlik əməkdaşlarının həbs edilməsinin şahidi olmuşuq. Bu qurumlarda qanun pozuntusu, dövlət əmlakının mənimsənilməsi halları bir çoxlarına məlum idi. Ölkə başçısı da dəfələrlə xəbərdarlıq edib ki, heç kəs sığortalanmayıb, yəni ya hər kəs öz vəzifəsini vicdanla icra etsin, ya da vaxtında o postu qoyub getsin. Bu gün DTX-nin XİN-də keçirdiyi əməliyyatlar bir daha ölkə başçısının bu sözünü təsdiqləyir”.

Politoloq deyib ki, DTX-nin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatın bir sıra pərdəarxası məqamları var:

“XİN-də belə bir əməliyyatın keçirilməsi təəssüf doğuran haldır. Çünki Azərbaycan Konstitusiyasına görə, ölkənin xarici siyasətini Prezident müəyyənləşdirir, onun icrasını isə XİN həyata keçirir. Düşünürəm ki, hələ nəsə demək üçün çox tezdir. Əməliyyatın nəticələrini gözləmək lazımdır. Lakin onu deyim ki, bu əməliyyatın icrasına ölkə başçısı qərar verib. Bu mənada heç kəs məsuliyyətdən qaça bilməz”.

Tarix
2020.07.03 / 15:08
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla