Yuxarı

Zakir Həsənov İrakli Qaribaşvili ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov İrakli Qaribaşvili ilə görüşdü - Foto

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşünün iştirakçıları aprelin 2-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüblər.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İ.Qaribaşvili qonaqları salamlayaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafından razılıqla danışıb, hər üç ölkənin müxtəlif strukturları, o cümlədən müdafiə nazirlikləri arasında üçtərəfli görüşlərin keçirilməsini yüksək qiymətləndirib.

Baş nazir deyib ki, bu cür tədbirlər ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı üçün yeni imkanlar açır.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə, tədbir iştirakçıları adından minnətdarlıq edib. Nazir bildirib ki, üçtərəfli görüşdə olduqca mühüm məsələlər müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşün iştirakçıları Tbilisinin mərkəzində "Qəhrəmanlıq meydanı"na gələrək abidə kompleksi önünə nümayəndə heyətləri adından əklil qoyublar.

Tarix
2015.04.02 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla