Yuxarı

DMX müraciət yaydı: müddət uzadıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DMX müraciət yaydı: müddət uzadıldı

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə növbəti dəfə müraciət edib.

DMX-dən Axar.az-a verilən məlumata görə, müraciətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddətinin 2020-ci il iyulun 5-i saat 06:00-dan iyulun 20-si saat 06:00-dək uzadıldığı qeyd olunub. Məlumat verilib ki, xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonu ilə yanaşı, Goranboy, Göygöl, Mingəçevir şəhərləri, eləcə də Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonlarını da əhatə edir. Bu müddətdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, eləcə də olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilərin icazəsi hazırda tətbiq edilmiş qaydalar əsasında həyata keçiriləcək. Daha ətraflı bu linkdən tanış olmaq olar.

Bu tarixlərdə DMX-nin (012) 919 - Çağrı Mərkəzi də həftə sonları (iyulun 4 və 5-də, iyulun 11 və 12-də, iyulun 18 və 19-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, miqrasiya ilə bağlı müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MİGAZ mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

Həmçinin qeyd olunub ki, Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsindən imtina edilmiş, belə icazəsi ləğv edilmiş əcnəbilərin ölkəni tərk etmələri üçün həmin qərarda göstərilən müddətdən asılı olaraq, avtomatlaşdırılmış qaydada onların müddətləri 30 və 60 gün uzadılır. Belə şəxslər eyni zamanda, onlara verilən müddətdə müvəqqəti və daimi yaşamaq üçün icazə ilə bağlı sənədlərini yenidən təqdim edə bilərlər.

Tarix
2020.07.04 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla