Yuxarı

“Rusiyanın Qarabağ istəyi qeyri-realdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiyanın Qarabağ istəyi qeyri-realdır”

"Rusiya tam nəzarətində olan hərbi forpostu Ermənistanın üzərindən istəyini gerçəkləşdirməyi hədəfləyir".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O, Rusiyanın Qarabağda öz sülhməramlılarını yerləşdirmək istəyinin qeyri-real olduğunu bildirib:

"Azərbaycan dəfələrlə buna öz etirazını bildirib. Əslində, biz bölgədə qonşu olmayan ölkələrin sülhməramlı qüvvələrini yerləşdirə bilərik. Bu, ancaq sülh prosesi başladığı və sabitliyi qoruyan silahlı qüvvələrin yerləşdirilməsinə ehtiyac duyulduğu zaman baş verə bilər. Hesab edirəm ki, Ermənistanı sülhə məcbur etmək üçün Rusiya ilə real addımlar atılsa, heç buna da ehtiyac qalmayacaq və sabitliyi hər iki tərəf qoruya biləcək. Dağlıq Qarabağ danışıqları ilə bağlı son durum heç ürəkaçan deyil. Çox təəssüf ki, Ermənistan sülh danışıqlarının imitasiyasını davam etdirir və beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyir ki, guya sülh danışıqları aparır. Ancaq çox təəssüf ki, hələlik heç bir nəticə yoxdur. Hətta indinin özündə də Ermənistanı sülhə məcbur etmək üçün beynəlxalq təşkilatlar və Minsk Qrupunun həmsədr ölkələri heç bir real addımlar atmır. Sanki bu durum hər iki tərəfə sərf edir. Çünki beynəlxalq ictimaiyyətin bir dövlətin ərazilərinin başqa işğalçı dövlət tərəfindən zəbt edilməsinə bu qədər biganə yanaşması başqa cür düşünməyə əsas vermir".

Tarix
2015.04.03 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Endryu Cons: Nuhun gəmisi Türkiyədədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla