Yuxarı

Türkiyə vətəndaşı İlham Əliyevə məktub yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vətəndaşı Turhan Saltaş yaşadığı Ankara şəhərindən Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb.

Report-un xəbərinə görə, T.Saltaş məktubunda Azərbaycan Prezidentinə xoş arzularını çatdırıb:

"Siz böyük türk millətinin əziz dostu, vuran ürəyisiniz. Adınızı qəlbimizə yazdıq. Ev-eşiyinizdə həmişə şənlik olsun, ayağınıza daş dəyməsin. Allah ürəyinizcə versin, ömrünüzü uzun etsin. Təkcə Azərbaycanı deyil, bütün türk dünyasını sızladan Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inandığımızı və bu yolda Sizinlə birgə olduğumuzu bildiririk. Bağlı qapılar üzünüzə açılsın, cənab Prezident!".

Türkiyə vətəndaşı məktubunda Xocalıya həsr etdiyi şeirini də əlavə edib:

"Sən – içimi göynədən acı qəhər,

Sən – adı ürəklər dağlayan,

Yanıb-yanıb külə dönən,

şəhid şəhər Xocalım!

Qoynunda qalmaq üçün ölmək istərdim,

Nə edim, yoxdur əlacım.

Söylə səni yad etmək üçün gətirdiyim bu gülləri,

Qoyum hara Xocalım!

Mən səni düşünə-düşünə,

Mən səni ağlaya-ağlaya,

Qocaldım Xocalım!!!"

Tarix
2015.04.03 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla