Yuxarı

Prezident işarə etdi: danışıqlar bitə bilər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Danışıqlar prosesinin süni şəkildə uzadılması, status-kvonun saxlanılması bizim üçün qəbuledilməzdir. Təsadüfi deyil ki, ölkə başçısı nitqi zamanı bu mövzuya bir daha toxundu. Onun “Minsk Qrupundan konkret bəyanatlar gözləyirik” sözləri danışıqlar prosesinin hər an bitə biləcəyini göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalların açılışında iştirakı zamanı yerli kanallara müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, Prezident müsahibəsində həmçinin Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş verən proseslər ətrafında sualları cavablandırdı:

“Bildiyimiz kimi, Azərbaycan işğala, soyqırıma məruz qalmış bir ölkədir. Bununla belə, heç zaman torpaqlarımızın qan bahasına geri qaytarılmasının tərəfdarı olmamışıq. Ona görə yox ki, biz zəif, ya da acizik. Əksinə, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Lakin münaqişənin həlli yönündə gedən sözdə danışıqlar prosesi vaxtı uzatmaqdan başqa bir məqsəd güdmür. Prezidentin həm ona ünvanlanan suallar, həm də çıxışı zamanı bu mövzuya toxunması onun mövcud vəziyyətdən narazı olduğuna dəlalət edir. Məsələ ondadır ki, ölkə başçısı “bizim mövqemizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz” sözləri ilə hələ də danışıqlar prosesində maraqlı olduğunu bariz şəkildə bildirir. Lakin Prezidentin danışıqlar prosesinin hazırki vəziyyətindən narazı olduğu da bəllidir. Bu isə müharibə variantının hər zaman aktual olduğunu göstərir”.

Politoloq qeyd edib ki, Ermənistanın işğalçı mövqeyi təkcə siyasi sferada deyil, humanitar sahədə də özünü göstərir:

“Əslində, Ermənistanın düşmənçilik siyasətini bu dərəcədə qabarıq formada göstərməsi bizim maraqlarımıza uyğundur. Düşünün, Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Bu, çox gülünc bir haldır. Bunun səbəbini isə ötən gün ölkə başçısı bir sözlə ifadə etdi: azərbaycanafobiya”.

Tarix
2020.07.09 / 12:42
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla