Yuxarı

İrəvanı Bakının əlindən alan olmayacaq – Moskvadan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanı Bakının əlindən alan olmayacaq – Moskvadan baxış

12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan sonra təmas xəttində münaqişənin başlama ehtimalı kəskin şəkildə artır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı siyasi ekspert Denis Korkodinov deyib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər - işğal olunmuş Azərbaycan torpaqlarının tam azad edilməsi və atəşkəsin təmin olunması:

“Lakin Ermənistan bu şərtləri qətiyyən qəbul etmir və Azərbaycana qarşı müntəzəm olaraq təxribatlar törədir. Təxminən 30 il ərzində Bakı münaqişəni siyasi yolla nizamlamağa çalışırdı. İndi isə 12 iyul Ermənistanın süqutunun başlandığı gün ola bilər. Bakı son dərəcə qətiyyətli mövqedədir. Bu dəfə Ermənistanın köməyinə Moskva da daxil olmaqla, heç bir dövlət gəlməyəcək”, - deyə həmsöhbətimiz qeyd edib.

Tarix
2020.07.13 / 01:11
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla