Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Avqust 2020


Ermənistan niyə bu təxribatlara getdi? - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allah şəhidlərimizə rəhmət eləsin! Yaralanan hərbi qulluqçularımızın şəfa tapmasını diləyirik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Real TV-yə açıqlamasında bildirib.

H.Hacıyev qeyd edib ki, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib və aidiyyəti dövlət qurumlarının qarşısında tapşırıqlar qoyulub. Bu hadisə baş verəndən dərhal sonra cənab Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikası tərəfindən hadisəyə dərhal siyasi hüquqi qiymət verilib və bu təcavüz aktı təxribat kimi qiymətləndirilib və bunun da məsuliyyətinin Ermənistan Respublikasının üzərinə düşdüyü bildirilib:

"Bu təxribatın Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilməsi açıq-aydındır, çünki onlar qəflətən, xaincəsinə, qorxaqcasına artilleriyadan istifadə edərək Azərbaycan postuna hücum etmişlər və bundan əvvəl bir neçə gün ərzində də onların mövqeylərində canlanma hiss olunurdu. Bunun müqabilində dərhal Azərbaycan Silahlıq Qüvvələri tərəfindən əks həmlə tədbirləri görülüb, bu gün də həmin əks həmlə tədbirləri davam edir. Azərbaycan şəhidlərinin qanı yerdə qlamayıb və onların qisası layiqincə alınır. Onların müəyyən siyasi xarakterli niyyətləri var idisə, ona nail ola bilmədilər.

Ümumiyyətlə, Ermənistan niyə görə bu təxribatlara getdi?

Bildirmək istərdik ki, cənab Prezident də Təhlükəsizlik Şurasının iclasında geniş şəkildə aydınlıq gətirdi, qeyd etmək istərdik ki, Ermənistan həyata keçirdiyi təcavüz və işğal siyasətindən qaçmaq istəmir, yeni münaqişə ocaqları yaratma və regionda gərginliyi artırmağa çalışır.

İkincisi, Ermənistanın özündə vəziyyət kifayət qədər gərgindir, sosial, iqtisadi və demoqrafik müstəvidə olan vəziyyətin daha da mürəkkəbləşməsi baş verir. Belə olan halda xarici düşmən obrazı yaratmaq və vəziyyəti gəginləşdirməklə ictimai fikri çaşdırmağa çalışırlar.

Həmçinin də onlar üzv olduqları müxtəlif siyasi təşkilatları prosesə cəlb etmək istəyirdilər".

H.Hacıyev qeyd edib ki, bütün bunların fonunda onlar bu təxribatı törətdilər və layiqli cavablarını aldılar. Azərbaycan Silahlı Qüvvələri bundan sonra yenə də həmin əməliyyat zonasında qarşı tərəfə layiqli cavablarını verməkdə davam edir.

Tarix
2020.07.13 / 23:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Polkovnik: Türk generallar buna görə Bakıdadır - Video

ABŞ-ın yeni prezidenti kim olacaq? - Proqnozlar

Payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirildi

Gərgin saat: Mən onlar kimi gizlənmirəm... - Video

Bakı və Ankara ilə unikal formatlı əməkdaşlıq... - Nazir

Prezident bu şirkətlərin idarəsini onlara verdi

Cəmil Həsənli xalqı bir daha aşağıladı – Video

İki nazir müavini DTX-ya çağırıldı – Sensasion məqam

Azərbaycanın təhlükəli qonşuları var - ABŞ-da müzakirə

Qalib QHT-lərlə onlayn görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla