Yuxarı

30 ildir davam edən düşmənçilik bunun sübutudur - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 ildir davam edən düşmənçilik bunun sübutudur - Səfir

İyulun 12-də erməni silahlı qüvvələri atəşkəs rejimini rejimini pozaraq, Azərbaycan və Ermənistanın dövlət sərhədində, Tovuz istiqamətində Azərbaycanın mövqelərini atəşə məruz qoyub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində erməni silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qudsi Osmanov bu ölkənin mətbuatına açıqlamasında bildirib.

Diplomat qeyd edib ki, erməni silahlı qüvvələri tərəfindən növbəti təcavüz və təxribat aktı Ermənistanın təxminən 30 ildir davam edən düşmənçilik, işğal siyasətinin daha bir sübutudur. O, bildirib ki, bu gün Azərbaycan ərazisinin 20 faizi hələ də işğal altındadır və Azərbaycan xalqı heç vaxt bu faktla barışmayacaq.

"Dünya indi koronavirus pandemiyasına qarşı mübarizə aparır, Ermənistanın rəhbərliyi COVID-19-un yayılması fonunda belə təcavüz aktları ilə Azərbaycana qarşı təxribatlar törədərək, diqqəti ölkənin daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Bu provokasiya ilə Ermənistan rəhbərliyi diqqəti Azərbaycana yönəldərək özünün daxili siyasət problemlərini "xarici düşmən" obrazı hesabına həll etməyə çalışır", - Qudsi Osmanov bildirib.

O qeyd edib ki, Ermənistan Azərbaycana hərbi təcavüz törədib, Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edib, bununla BMT nizamnaməsini və başqa beynəlxalq hüquqi öhdəlikləri pozub.

Tarix
2020.07.13 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla