Yuxarı

Paşinyanın yoxsulluğu unutdurma “planı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın yoxsulluğu unutdurma “planı”

Əhalisinin 30 faizinin işsiz və hər 3 nəfərdən birinin yoxsul olduğu Ermənistan belə təxribatlarla sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov iyulun 12-də Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribat haqda danışarkən deyib. O bildirib ki, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi erməni lobbisini, ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir:

"Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsini təəssüf ki, həmin dairələr hələ də, yumşaq desək, həzm edə bilmirlər".

Deputat bildirib ki, Ermənistanın rəsmi statistikasına görə, əhalinin hər 5 nəfərdən biri işsizdir:

"Son aylar Ermənistanda işsizlik səviyyəsində daha ciddi artımlar müşahidə olunmaqdadır. Beynəlxalq hesabatlarda isə Ermənistanda işsizlik səviyyəsi 30 faizdən az göstərilmir. Xüsusən də gənclər arasında işsizlik səviyyəsi artmaqdadır. Rəsmi statistikada əhalisinin hər 4 nəfərdən birinin, beynəlxalq hesabatlarda isə hər 3 nəfərdən birinin yoxsul hesab olunduğu Ermənistanda vəziyyət hazırda çox mürəkkəbdir və Paşinyan hakimiyyəti belə təxribatlarla problemi arxa plana atmağa cəhd edir. Amma aydındır ki, bunların nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur".

Tarix
2020.07.14 / 09:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla