Yuxarı

Yazıçılar Birliyi erməni təxribatları ilə bağlı bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyi (AYB) Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində bədnam erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla bağlı bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

“Bugünlərdə Azərbaycan-Ermənistan dövlət sərhəddində, Tovuz rayonu istiqamətində erməni tərəfinin törətdiyi növbəti qanlı təxribat bütün xalqımız kimi, Azərbaycan Yazıçılar Birliyində də dərin narahatlıq və düşmənə qarşı böyük hiddət doğurdu.

Qüdrətli Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı.

Düşmənin bu təxribatçı həmləsini dəf edərkən 4 qəhrəman Azərbaycan övladının şəhid olmasını, bir neçə igid hərbçimizin yaralanmasını isə ürək ağrısı ilə qarşıladıq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.

Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhəddimiz qorunub və düşmən əsgərləri torpaqlarımızın bir qarışına da ayaq basa bilməyib.

Azərbaycan Yazıçılar Birliyi olaraq, bu narahat günlərdə dövlətimiz, xalqımız və ordumuzla ürəkdən həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna daha yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayırıq!

Eyni zamanda, işğalçı Ermənistanın bu çirkin və qanlı təxribatını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti, xüsusən, bütün dünyadakı həmkarlarımızı, sülhsevər, ədalətpərvər qələm adamlarını Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın cilovlanması üçün səy göstərməyə çağırırıq!”.

Tarix
2020.07.14 / 12:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla