Yuxarı

Şeyx deputatın restoranında tutulan rekordçudan danışıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx deputatın restoranında tutulan rekordçudan danışıb

Deputat Hadı Rəcəblinin restoranında həbs edilən rekordçu haqda yeni məlumatlar var.

Axar.az xəbər verir ki, Lənkəranda yerləşən "Palıdlı sahil" istirahət mərkəzində saxlanılan Ələsgər Həsənzadə vaxtilə qazandığı uğurlara görə Beynəlxalq Rekordlar və Nailiyyətlər Agentliyindən Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlanıb. Məktubda Ələsgər Həsənzadə milli nailiyyət kimi dəyərləndirilib.

Şeyxülislam Allahşükür Paşazadə isə Ələsgəri "Allahın sevimli bəndəsi" adlandırıb. Ələsgər 2004-cü ildə Ginnesin rekordlar kitabına düşüb. Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucunda sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib.

Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb. Musavat.com yazıb ki, polis əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 gənc həbs edilib. Onlardan biri də gənc rekordçudur. Həbsin motivi bilinmir.

Tarix
2015.04.05 / 22:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla