Yuxarı

Nikolun hiyləsi: KTMT iclası Putinsiz ləğv edilə bilməzdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolun hiyləsi: KTMT iclası Putinsiz ləğv edilə bilməzdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Rusiyanın mövqeyi nəzərə alınmadan hər hansı bir qərar verə bilməz. Məhz bu səbəbdən nəinki Ermənistan lehinə qərar verildi, heç İrəvanın çağırışına reaksiya belə verilmədi.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanatını şərh edərkən deyib. Politoloq deyib ki, KTMT-də əsas söz sahibi Rusiyadır:

“Maraqlı bir məqam isə Ermənistanın birbaşa Rusiyaya deyil, təşkilatın özünə müraciət etməsidir. Bunun əsas səbəbi Paşinyan administrasiyası ilə Kreml arasında soyuq küləklərin əsməsidir. Heç kəsə sirr deyil ki, Paşinyanın qərbmeyilli açıq siyasəti Rusiya ilə münasibətlərə əsaslı soyuqluq gətirib. Bütün bunları nəzərə alaraq rəsmi İrəvan KTMT-yə müraciət etdi”.

Politoloq xatırladıb ki, KTMT üzvləri Azərbaycana dost olan ölkələrdir:

“Yəni belə bir qərarın veriləcəyini Paşinyan da bilirdi. Faktiki olaraq Paşinyan Rusiya ilə əlaqələri pozub, Qərbə yaxınlaşmaq istəyir. O, həm də KTMT-nin Ermənistana dəstək olmamasını əsas gətirərək, daxildəki antirusiya meyilli qüvvələrin dəstəyini almağa çalışır”.

Tarix
2020.07.14 / 18:25
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xameneinin ilk mesajı: Şəhidlərin qisasını almadan...

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

Katolikosun Qarabağ açıqlaması müharibə çağırışıdır

“Kənddən şəhərə” yarmarkasında qiymətlər... - Video

Rus ordusunda döyüşən İbad Hüseynov öldü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla