Yuxarı

Şamil Ayrım: Hər platformada Azərbaycanın yanındayıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisində Ermənistan silahlı qüvvələrinin Ermənistan–Azərbaycan sərhəddində törətdiyi təxribatla bağlı mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, mətbuat konfransda çıxış edən Ş.Ayrım son günlər Ermənistan–Azərbaycan sərhəddində baş verən gərginlik barədə media nümayəndələrinə geniş açıqlama verib.

Bildirib ki, bu, Ermənistan tərəfindən baş verən ilk insident deyil. XXI əsrdə ermənilər dörd dəfə Azərbaycan türklərinə qarşı qətliam və soyqırımlar törədiblər: “1992-ci ildə Xocalıda 600-dən çox azərbaycanlı türkü qətlə yetirildi. Ermənistan ilə Azərbaycan arasında beynəlxalq təşkilatların iştirakı ilə 1994-cü ildə barışıq imzalanıb. Təəssüflər olsun ki, o vaxtdan indiyədək Ermənistan tərəfi ildə bir neçə dəfə sərhəddə təxribatlar törədir. Bunları qəbul etmək mümkün deyil. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, sağlam idarəetmə tərzini nümayiş etdirməsi və dünyada nüfuzlu dövlətə çevrilməsi, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olması erməniləri qıcıqlandırır”.

Bütün dünyanın pandemiya ilə mübarizə apardığı, BMT-nin Baş katibinin bütün dünyanı bu mövzuda əlbir olmağa çağırdığı bir vaxtda Ermənistan tərəfindən belə bir təxribatın törədilməsinin yolverilməz olduğunu vurğulayan Ş.Ayrım deyib: “2020-ci il martın 31-də Ermənistan Qarabağda qondarma “seçkilər” keçirib. Biz hamımız bilirik ki, bu seçkilər beynəlxalq birlik tərəfindən qəbul edilmədi. Buna baxmayaraq, “prezident andı” da içdilər, o da qəbul edilmədi. ATƏT-in Minsk Qrupu bu seçkilərin heç bir əhəmiyyətinin olmaması ilə bağlı bəyanat yayıb.

Onlar bilməlidilər ki, burada ən böyük zərbə Ermənistanın kasıb və bir çox xidmətlərdən məhrum xalqına dəyir. Əgər Ermənistan doğrudan da regionda dialoq tərəfdarı olsaydı, onlar bu gün tək qalmazdılar. Bu gün onlar Türkiyədə böyük layihələrdə iştirak edə bilərdilər. İndi ermənilərin gözü Türkiyə torpaqlarında, Ağrı Dağındadır. Biz, Azərbaycanla münasibətlərin düzəlməsi ilə Türkiyə-Ermənistan sərhədinin açılacağını hələ 2009-cu ildə bildirmişik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “Ermənilər işğal etdikləri Azərbaycan torpağını tərk etmədən sərhədləri açmağımız mümkün deyil” deyib. Türkiyə hər platformada Azərbaycanı dəstəkləyir. Xarici İşlər nazirimiz Mövlud Çavuşoğlu da bu hadisələrlə bağlı çıxışında “Biz hər zaman Azərbaycanın yanındayıq” açıqlamasını verdi. Bu məsələnin yeganə həlli yolu 30 ildir davam edən işğala son qoyulmasıdır”.

1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin olduğunu deyən sədr bildirib: “Bu qətnamələrə əsasən, Ermənistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə yanaşmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Ermənistan ordusu tərəfindən Azərbaycan ərazisinə hücumun olduğunu, lakin, bir qarış torpaq ala bilmədiklərini dedi. Çünki Azərbaycanın çox güclü ordusu var. Türkiyə də bütün imkanları ilə Dağlıq Qarabağla bağlı haqlı davasında daima Azərbaycanın yanındadır. Ermənistanın təcavüzkar siyasətini şiddətlə qınayır və onları münaqişənin sülh yolu ilə həllinə dəvət edirik”.

Tarix
2020.07.14 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla