Yuxarı

TÜRK PA-nın Baş katibindən Azərbaycana dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TÜRK PA-nın Baş katibindən Azərbaycana dəstək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov mülki əhalinin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb.

Assambleyadan Axar.az-a verilən məlumata görə, baş katib qeyd edib ki, TÜRK PA-nın bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Parlament Assambleyasının üzv ölkələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.

Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan silahlı qüvvələri hərbçilərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını bildirib.

Tarix
2020.07.14 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla