Yuxarı

Erməni təxribatı: Vəziyyət bizi həyəcanlandırır - Matviyenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Bakı və Yerevanı fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırır, diplomatik və parlament xətti üzrə müəyyən dərəcədə səy göstərilir.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

O qeyd edib ki, MDB Parlamentlərarası Assambleyanın sədri kimi ona Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri tərəfindən müraciətlər olunub. Baş verən hadisə ilə bağlı Rusiyada narahatdırlar. Çünki həm Azərbaycan, həm Ermənistan Rusiyaya dost, tərəfdaş ölkələrdir. O deyib: “İndi başlıcası günahkarı axtarmaq deyil, hər hansı hərbi əməliyyatı dərhal dayandırmaqdır”.

Federasiya Şurası sədrinin sözlərinə görə, eskalasiyanın azaldılması istiqamətində diplomatik xətt üzrə bütün tədbirlər görülür, Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi də səy göstərir, parlament xətti üzrə də səy göstərilir. “Bu vəziyyət bizi çox həyəcanlandırır və narahat edir, biz gərginliyin azaldılması, döyüş əməliyyatlarının dayandırılması üçün əlimizdən gələni edəcəyik”, - deyə vurğulayan V.Matviyenko Rusiya tərəfinin danışıqlar prosesinə, bu danışıqların gedişində qarşılıqlı məqbul həllər axtarılmasına tərəfdar olduğunu əlavə edib.

Tarix
2020.07.15 / 15:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla