Yuxarı

Əliyev yalnız 10 milyonun Ali Baş Komandanı deyil!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə erməni qəsbkarları növbəti dəfə təcavüzkar simasını nümayiş etdirərək Azərbaycan torpaqlarına hücum etdi. Düşmən tərəfin bu hücumlarını isə Azərbaycanın ləyaqətli oğulları qanları bahasına dəf etməklə yanaşı, düşmənə ağır dərs verməyi də bacardı. Ordumuzun və dövlətimizin cinayətkar düşmən qarşısında möhkəm dayanması və lazımi dərsləri verməsi böyük güclərin xalqımıza, dövlətimizə və torpaqlarımıza qarşı məkirli siyasətlərini həyata keçirməsinin qarşısın aldı. Düşmən bir daha başa düşdü ki, Azərbaycan xalqı zəif və gücsüz deyil.

Digər tərəfdən xalqımızın vətənin bütün şəhərlərində ordumuza dəstək nümayiş etdirməsi də, Azərbaycan xalqının daim dövlətinin və dövlətçiliyin arxasında durduğunu, lazım olan anda torpaqlarımızın müdafiəsi üçün hamılıqla yumruq təşkil edib düşmənin üzərinə yürüməyə qadir olduğumuzu göstərdi.

Son 4 gündə Güney Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın Ordumuza, dövlətimizə dəstək nümayiş etdirməsi isə bir ayrı toxunulacaq mövzudur. 50 milyonluq Azərbaycan xalqı, eləcə də digər türk dövlətlərinin “Can Azərbaycan” deyib, əllərini səngərdə döyüşən, düşmənlə burun-buruna dayanan hərbçilərimiz üçün göyə qaldırması milli ruhda olan hər kəsdə qürur hissi yaşatdı.

Təbriz küçələrində Azərbaycan səsləri, “Ya Qarabağ, ya ölüm” şüarları millətimizin istənilən təhlükə anında vahid olduğunun göstəricisidir. Bütöv Azərbaycanın paytaxtı, Güneyin ürəyi, mərkəzi hesab edilən Təbrizin qəlbi indi Qarabağda döyünür. Son günlər gələn mesajlar və sosial şəbəkələrdə rastıma çıxan paylaşımlardan aydın olur ki, Güney Azərbaycan türkləri Qarabağda vuruşmağı cani-dildən arzu edirlər.

İran rejimin basqılarına baxmayaraq, güneyli soydaşlarımız sosial şəbəkələrdə ordumuza dəstəyini hər vəchlə nümayiş etdirirlər. Onlar Azərbaycan Prezidentinin yalnız ölkə daxilindəki vətəndaşların deyil, 50 milyonluq azərbaycanlının Ali Baş Komandanı olduğunu vurğulayırlar. Müharibədə iştirak etmək istəklərini bildirən soydaşlarımız dəfələrlə məndən hara müraciət edəcəklərini soruşduqda, onlara Azərbaycan Ordusunun Vətəni müdafiə etmək üçün tam hazır olduğunu başa salsam da, soydaşlarımızın israrı qarşısında araşdıracağımı söz verdim.

Bu gün Azərbaycan hər zaman olduğundan daha güclüdür. Azərbaycan dövləti həm güclü dövlətlərin məkrli siyasətinin qarşısını almağı bacarır, həm də döyüş meydanında düşmənə layiqi cavab verməyi bilir.

Bütün dünya unutmasın ki, Azərbaycan xalqı təkcə 10 milyonluq Azərbaycan Respublikası vətəndaşından ibarət deyil. Azərbaycan Respublikasının torpaqları da təkcə respublika vətəndaşlarına məxsus deyil.

Dövlət də, torpaq da, ordu da 50 milyondan artıq xalqa məxsusdur. Güneylisi-quzeylisi ilə, kasıbı-varlısı ilə hamı düşmən qarşısında bir olmağı və vətəni qorumağı bacarır.

Millətimiz istənilən vaxt düşmənə öz yumruğunu göstərməyə də hazırdır - yetər ki, Ali Baş Komandan 50 milyonluq Azərbaycan xalqına müharibə əmri versin.

Tarix
2020.07.15 / 23:11
Müəllif
Əlirza Zəmani
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla