Yuxarı

AKP-dən erməni təxribatı ilə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) gənclər qolu son günlər işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat törətməsi ilə əlaqədar bəyanat yayıb.

Bu barədə Axar.az-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.

Bəyanatda deyilir:

“Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan silahlı qüvvələrinin Tovuz rayonunda yerləşən mövqelərinə hücum ediblər. Ermənistanın aqressiv hərəkətlərinin arxasında dayanan səbəblər bizim üçün yeni deyil və hamımız onlardan xəbərdarıq. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini illərdir işğal altında saxlayan ölkədir və onun münaqişəyə yeni ölçülər gətirmək cəhdləri iflasa məhkumdur.

1,5 milyondan artıq üzvü olan və Türkiyədəki ən böyük QHT olan AK Partiyanın Gənclər Qolu Ermənistan silahlı qüvvələrinin hücumunu kəskin şəkildə pisləyir. Həyatını itirən azərbaycanlı şəhidlərə görə dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara isə şəfa diləyir”.

Bəyanatda qeyd olunur ki, Türkiyə heç zaman Ermənistanın avantürist və təkəbbürlü addımları qarşısında qardaş Azərbaycan xalqını tək qoymayacaq: “Böyük lider Heydər Əliyevin söylədiyi kimi, “Biz bir millət, iki dövlətik”. Türkiyə gəncləri daha güclü şəkildə və bütün imkanları ilə torpaqlarını qorumaq uğrunda mübarizəsində qardaş Azərbaycanın yanında olmaqda davam edəcək”.

Tarix
2020.07.16 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla