Yuxarı

Nikolun hakimiyyətdə qalmasını arzulayıram - Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında bir dövlət başçısının danışa biləcəyi qədər, hətta bir neçə məqamda danışa biləcəyindən də artıq dolğun mesajlar verdi. Bu mesajlar o qədər sərrast və genişdir ki, aylarla müzakirə etsək də bitməz. Odur ki, diqqətinizi Tovuz döyüşləri kontekstində ən başlıca nüanslara cəmləmək istəyirəm.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonuna hücumunu şərh edən AzNews.az analitik-informasiya portalının Baş redaktoru, siyasi təhlilçi Taleh Şahsuvarlı deyib.

Taleh Şahsuvarlı bildirib ki, bu döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi rəşadət və Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət Azərbaycan ictimai rəyində hələ də qalmaqda olan 1988-90-cı illərin streotiplərini ciddi şəkildə məhv edib:

“Birinci Qarabağ savaşında Azərbaycan dövləti yox idi və ya yeni yaranırdı, torpaqlarımızı müdafiə etmək könüllü batalyonların üzərinə düşürdü. Gəlin etiraf edək ki, həmin dövrdə ermənilər bizdən hərbi-siyasi baxımdan daha hazırlıqlı, daha sistemli və daha məqsədyönlü idilər. Ona görə də torpaqlarımızı işğal edə bilmişdilər. Əgər dövrün "böyük fotosu”na baxsaq, görəcəyik ki, torpaqlarımız aşağıdakı ardıcıllıqla işğal olunub:

- Demoralizasiya yaradılıb. Xocalı soyqırımı məhz buna hesablanmışdı.

- Desentralizasiya üzə çıxıb. Ə.Vəzirov və A.Mütəllibov dövründə ordunun yaranmasına əngəl törədilməsi silahlı qüvvələrin aşağıdan formalaşmasına zəmin yaratdı, bu isə son nəticədə ölkənin həm müdafiə imkanlarını məhdudlaşdırdı, həm də xaosa yol açdı.

- SSRİ-dən qopmaq istəməyən və bununla zamanın azadlıq ruhuna qarşı çıxan hakimiyyətlərlə xalq arasında uçurum kütlələrin meydanlara axışmasına rəvac verdi və bu, ölkəmizi xaosa sürüklədi.

- Demoralizasiya, desentralizasiya, xaos üçbucuğunda populistlər, prezidentin sərrast ifadə etdiyi kimi, "küçə qəhrəmanları" siyasi kapital topladılar və bu kapital hakimiyyətin heç bir səriştəsi olmayan insanların əlinə keçməsinədək böyüdü.

- Xaotik ortam torpaqlarımızın işğalına zəmin yaratdı, bununla müstəqilliyimiz üçün uzunmüddətli və əlahiddə problemlər formalaşdı”.

Taleh Şahsuvarlı bildirib ki, 1993-cü ildə Heydər Əliyevin iqtidara gəlməsi bu tendensiyanın qarşısını aldı, ölkəmizdə yeni reallıq yaratdı. Məhz Hedər Əliyev zamanından başlayaraq Azərbaycanın mobil dövlət təşkilatı formalaşdı:

“Tovuz döyüşləri Lələtəpə və Günnüt əks-əməliyyatlarının davamı olaraq sistemli bir orduya, ordu qədər sistemli cəmiyyətə, mütəşəkkil dövlət təşkilatına malik olan Azərbaycanın Ermənistan və onun havadarlarının qarşısına tamamilə yeni məzmunda çıxması idi. Odur ki, ənənəvi metodlarla Azərbaycan sərhədlərini pozmaq istəyən düşmən heç nəyə nail olmadı, ola da bilməz. Bütün cəmiyyət yüksək əhval-ruhiyyədədir. Polad Həşimovun şəhadəti bir daha isbat etdi ki, Ordumuzda hər əsgər bir general, hər general bir əsgərdir. Ali Baş Komandanımız və onun rəhbərlik etdiyi müdafiə qərargahı hər an torpaqlarımızın keşiyindədir. Dövlət təşkilatında üzə çıxan problemlər dərhal müəyyən edilir və aradan qaldırılır. Xarici İşlər nazirinin dəyişdirilməsi bunun göstəricisidir. Xalqın yüksək hərbi-vətənpərvərlik duyğuları ilə Azərbaycan Prezidentinin iradəsi və rasional siyasəti üst-üstə düşür. Küçələrdə qəhrəmanlıq etmək həvəsinə düşənləri cəmiyyət özündən təcrid edir. Xalqımız nəyi, necə, harada etməyi çox yaxşı bilən Prezident İlham Əliyevin Qarabağı azad edəcəyinə bütün qəlbi ilə inanır. Elə mən də bu inamın daşıyıcısı olaraq əminəm ki, Azərbaycanın dövlət bayrağı, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dediyi kimi, tezliklə Qarabağın hər bir kəndində dalğalanacaq”.

Siyasi analitik əlavə edib ki, hazırda Tovuz döyüşlərində verdiyi itkiləri gizlədən Ermənistanda yeni siyasi böhran gözlənilir:

“Diqqət etdinizsə, Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı ki, neytral zonada qalan meyitlərin götürülməsinə hazırdır. Ancaq bizim Müdafiə Nazirliyimiz belə bir ehtiyacımızın olmamasını açıqladı. Bu, o deməkdir ki, Ermənistan Müdafiə Nazirliyi Tovuz döyüşlərində verdiyi itkilərin günlərlə öz cəmiyyətlərindən gizlətmələrinə zəmin hazırlayır. Əgər Ordumuz tərəfindən məhv edilənlər muzdlu döyüşçülər, beynəlxalq terror qruplarının nümayəndələri deyilsə, Ermənistan öz əsgərlərinin meyitlərini müxtəlif adlar altında olsa da, gec-tez “morq”dan, yaxud Azərbaycan Ordusunun atəş zolağından çıxarmağa, bunun üçünsə bizə minnətçi düşməyə məhkumdur. Bax, o zaman hakimiyyətə gələrkən verdiyi vədləri yerinə yetirə bilməyən Paşinyanın Ermənistan cəmiyyətdə gündən-günə aşağı düşən nüfuzu “ağlamalı mərhələyə” qədəm qoyacaq”.

Taleh Şahsuvarlı fikrini belə yekunlaşdırıb:

“Mənim izlədiyim qədər, Ermənistanda vəziyyət Şuşan Stepanyanın ayaqları kimi əyridir. Paşinyanın siyasi aqibəti Tovuz döyüşlərindən sonra İlham Əliyevdən tam asılı vəziyyətə düşüb. Ermənistanda dövlət çevrilişi gözlənilir. Zənnimcə, Tovuzla yanaşı, işğal altında olan rayonlarımızda antiterror əməliyyatlarına başlamamağımızın bir səbəbi də elə bununla bağlı idi. “Qarabağ klanı” ilə Paşinyanın nifaqını nəzərə alanda, bu, doğru yanaşmadı. Bununla belə, mən şəxsən Nikolun hələ bir müddət hakimiyyədə qalması arzulayıram. Müqayisə etmək gərəkdirsə, o, Ermənistan üçün hətta bizim Vəzirovdan da çox-çox aşağı çapda olan biridir”.

Tarix
2020.07.17 / 00:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla