Yuxarı

Londonda ermənilərin Əliyevin şəklinə təxribatı... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Böyük Britaniyada yaşayan azərbaycanlılar Ermənistanın Londondakı səfirliyinin qarşısında dinc aksiya keçirib.

Hadisə yerində olan britaniyalı jurnalist, redaktor və televiziya aparıcısı Neyl Vatsonun Axar.az-a müsahibəsini təqdim edirik:

– Böyük Britaniyada yaşayan azərbaycanlılar Ermənistanın Londondakı səfirliyinin qarşısında keçirdiyi dinc aksiyada siz də iştirak edirdiniz. Aksiya haqda təəssüratlarınızı öyrənmək istərdim.

– Bu, təqribən 150 azərbaycanlı, türk və digər Azərbaycan tərəfdarının, insan haqlarına inananların iştirakı ilə keçirilən son dərəcə möhtəşəm bir nümayiş idi. Onlar bir araya gələrək ümumi düşmənləri olan Ermənistana – Azərbaycanın Tovuz rayonuna qəsdən atəş açan, 11 hərbçini və iki mülki şəxsi qətlə yetirənə qarşı bir araya gələrək, böyük bir birlik nümunəsi göstərdilər. Aksiya iştirakçıları olduqca patriot idilər. Onlar “Qarabağ Azərbaycanındır” şüarı səsləndirirdi.

– Təəssüf ki, aksiya ermənilərin təxribətı ilə üzləşdi. Bütün bunlar necə baş verdi?

– Hadisə yerinə tərəfləri bir-birindən ayırmağa çalışan çoxsaylı polis axışdı. Azərbaycan tərəfi iki dəfə erməni zorakılığına və provokasiyasına məruz qaldı. İlk qarşıdurma bir erməninin ayağını Prezident Əliyevin fotoşəklinə qoymaq cəhdi ilə başladı.

– Polis aksiyaçılardan kimisə həbs etdi?

– Heç bir etirazçı həbs olunmadı. Polis tərəfləri ayırmaqla kifayətləndi.

– Sərhədimizdə baş verən erməni provokasiyası haqda nə düşünürsüz?

– Düşünürəm ki, sərhəddə erməni tərəfinin etdiyi bu təxribat tamamilə qəbuledilməzdir. Ermənistan beynəlxalq hüquq normalarını pozmaqda davam edir və dünyanın diqqətinin COVİD-19 pandemiyasında olmasından sui-istifadə edərək, beynəlxalq insan haqlarını pozur. Bütün bunların altında Rusiyanın imzası olduğu açıq şəkildə görünür. Zənnimcə, bununla erməni baş nazir daxili və erməni diasporunun dəstəyini artırmağı hədəfləyir. Ümid edirəm ki, bu gün London küçələrində ermənilər tərəfindən nümayiş olunan şiddətli zorakılıq və qarşıdurma Britaniya, o cümlədən, Qərb siyasətçilərinə Azərbaycan həqiqətlərini və Azərbaycanın pozulmaqda olan insan haqları barədə məlumat çatdırılmasını daha da artıracaq.

Tarix
2020.07.17 / 21:32
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla