Yuxarı

İrəvan 3-cü ölkələri də münaqişəyə cəlb etmək istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 12-14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdləri və açılmış artilleriya atəşi nəticəsində mülki şəxsin həlak olması ilə əlaqədar Bosniya və Herseqovinanın elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99" Müstəqil İntellektuallar Assosiasiyasının prezidenti Adil Kulenoviç tərəfindən assosiasiyanın adından Ermənistanın məlum təhrikedici əməllərini pisləyən press-reliz yayılıb.

Axar.az xəbər verir ki, yazıda Ermənistanın bu təxribatçı əməlinin Ermənistan rəhbərliyinin son zamanlar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin və bəyanatlarının davamı kimi nəzərdən keçirilməli olduğu bildirilir. Ermənistan beynəlxalq sərhəd boyu qəsdən bu silahlı təxribata əl atıb ki, üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etsin.

Klub üzvləri beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi təxribatına laqeydlik göstərməməyə, münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinin tapılması və vəziyyətin gərginləşdirilməməsi məqsədilə daha çox səy göstərməyə çağırıb və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Tarix
2020.07.17 / 23:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla