Yuxarı

Qazaxıstan mediası da Tovuz hücumundan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın “avesta-news.kz” portalında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində yaranmış vəziyyət barədə məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisində mülki obyektlərə, o cümlədən dinc sakinlərin evlərinə artilleriya hücumları, Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı çıxışları geniş şəkildə işıqlandırılıb. Qeyd edilib ki, Ermənistan tərəfinin artilleriya atəşi ilə Azərbaycan Ordusunun zabit və əsgərləri həlak olub, mülki əhali arasında ölən və yaralananlar var.

Məqalədə deyilir ki, Ermənistan silahlı qüvvələri Tovuzun Dondar Quşçu, Ağdam və digər kəndlərini minomyotlardan və iriçaplı silahlardan atəşə tutub, dağıntılar var.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında daha ətraflı məlumat verilən yazıda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etdiyi vurğulanıb.

Tarix
2020.07.18 / 02:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla