Yuxarı

Tiflisdə erməni təxribatı ilə bağlı aksiya keçirilir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:10

Azərbaycanın Gürcüstandakı səfirliyinin binası önündə ordumuza dəstək aksiyası keçirilib.

Axar.az xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin rəhbəri Aygül İsayeva çıxış edərək bildirib ki, Gürcüstan azərbaycanlıları hər zaman Azərbaycan xalqının yanındadır. "Qarabağ Azərbaycandır və Gürcüstan Azərbaycanın haqq işini dəstəkləyir", - deyə o vurğulayıb.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək bildirib ki, son günlər Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın sərhəd bölgəsindəki Tovuz rayonu istiqamətində törətdiyi təxribat bütün dünyanın diqqət mərkəzindədir. Dünya azərbaycanlıları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsini çox yüksək qiymətləndirib.

D.Həsənov Gürcüstan hökumətinin hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edib. Bildirib ki, Gürcüstan və Azərbaycan həmişə bir-birinə dayaq və dəstək olub. Gürcüstan azərbaycanlıları da hər zaman yüksək vətənpərvərlik hissi ilə seçiliblər.

Çıxış edənlər Azərbaycanın dünyada sülhsevər ölkə kimi tanındığını və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bununla yanaşı, işğal altındakı ərazilərimizi azad etməyə qadir olduğunu bildiriblər.

Çıxışlarda Gürcüstan azərbaycanlılarının Azərbaycan uğrunda döyüşməyə hazır olduqları da diqqətə çatdırılıb.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını dalğalandıran aksiya iştirakçıları "Qarabağ Azərbaycanındır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Ermənistan Qarabağdan əlini çək!" kimi şüarlar səsləndiriblər.

Tarix
2020.07.18 / 17:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla