Yuxarı

Strasburqda da erməni təxribatına etiraz edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhidlər ölməz, Vətən bölünməz! Qəhrəman Azərbaycan əsgəri!, Can, can Azərbaycan! Səninləyik, can Azərbaycan! Azərbaycana ədalət! Azərbaycan, Türkiyə! Yaşasın Azərbaycan! Ermənistan, işğalı və terroru dayandır! Ermənistan Qarabağdan çıx!

Axar.az xəbər verir ki, bu şüarları Strasburqda Avropa Şurasının mənzil-qərargahı qarşısında toplaşan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata etiraz olaraq keçirdikləri etiraz aksiyasında səsləndiriblər. Aksiyada Strasburqda təhsil alan tələbələrimiz, bu şəhərdəki Azərbaycan və Türkiyə diaspor təşkilatlarının üzvləri iştirak ediblər.

Aksiya iştirakçıları şəhid əsgərlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və Azərbaycanın dövlət himnini səsləndiriblər.

İştirakçılar ingilis, fransız dillərində çıxış edərək ermənilərin 30 ildir ölkəmizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıblar.

Çıxışlardan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və işğalçı siyasətinə etiraz bəyanatı qəbul edilib. Bəyanatda Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə siyasəti, bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşaması, torpaqlarımızı işğal altında saxlaması qeyd edilib. Bildirilib ki, Azərbaycan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq Ermənistan son təxribatları ilə bir daha münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərdi. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın son hərbi təcavüzü hərbiçilərlə bərabər mülki şəxslərin də ölümünə səbəb olub. Ermənistanın siyasi-hərbi rəhbərləri anlamalıdır ki, bu siyasət gözlədikləri nəticələri verməyəcək və Azərbaycan xalqı və dövləti beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalı və ilhaqı ilə heç vaxt barışmayacaq. Ermənistanın psevdodemokrat rəhbərləri bilməlidirlər ki, onların təcavüz və işğal siyasəti regional sülhə və təhlükəsizliyə təhdiddir və demokratiya konsepsiyasına ziddir.

Sonra aksiya iştirakçıları müxtəlif ölkələrin Avropa Şurası yanında daimi nümayəndəliklərinin qarşısından keçərək Ermənistanın daimi nümayəndəliyinin önünə doğru irəliləyiblər.

Tarix
2020.07.20 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla