Duzlu yemək də xərçəng yaradır - Onkoloq
01:51
Ana səhifə Gündəm |
Bu gecə Bakı şəhərində avtomobil yanıb.
"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, şəhərin Binəqədi rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cəlilabad rayonunda da yanğın hadisəsi baş verib. Rayonun Sabirabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
Tarix
2013.12.23 / 08:41
|
Müəllif
Axar.az
|