Yuxarı

Sərkisyan: “Türkiyəyə soyqırım şərti qoymamışıq” – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan: “Türkiyəyə soyqırım şərti qoymamışıq” – Video

"Ermənistan heç vaxt Türkiyəyə "erməni soyqırımı"nın tanınması şərtini irəli sürməyib".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan lideri Serj Sərkisyan çıxış edib.

Onun sözlərinə görə, bir müddət əvvəl Sürixdə Ermənistan və Türkiyə arasında əldə olunmuş razılığın şərtlərini rəsmi Ankara yerinə yetirməyib:

"Türkiyə parlamenti Sürix protokollarını ratifikasiya etmədi. İkinci cəhd az əvvəl qəbul olundu. Mən Türkiyə rəhbərliyinə məktub göndərdim və 24 aprel mərasimində iştiraka səslədim, amma Türkiyə rəhbərliyi bu dəfə də həmişəki kimi etiraz etməklə bərabər, əks addımlar ataraq, Çanaqqala zəfərinin 100 illiyinə tədbirlər planlaşdırdı".

Qeyd edək ki, Ermənistan Sürix protokollarının həyata keçirilməsi üçün ilk növbədə Ankaradan "erməni soyqırımı"nın rəsmən tanınmasını və onun qurbanlarına kompensasiya ödənilməsini təklif etmişdi. Ankara isə bunun qarşılığında Azərbaycan torpaqları azad olunmayana qədər Ermənistanla sərhədləri açmayacağını bildirmişdi.

Türkiyə Azərbaycanın ərazilərinin işğal olunmasına və bir milyondan artıq insanın öz yurd-yuvasından didərgin düşməsinə görə 1993-cü ildən Ermənistanla sərhədləri bağlı saxlayır.

Tarix
2015.04.08 / 08:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla