Yuxarı

İlham Əliyev Məmmədbağır Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Məmmədbağır Əliyevi təbrik etdi

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının həqiqi üzvü,N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, Elmi-Tədqiqat Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru Məmmədbağır Cavad oğlu Əliyevə məktub göndərib.

Məktubda qeyd edilir: Sizi, müasir təbabət sahəsində tanınmış alimlərdən birini 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyirəm.

Siz həkimlik fəaliyyətinə Azərbaycanda başlamış, sonra Rusiyanın görkəmli alimlərinin rəhbərliyi ilə gözəl elmi məktəb keçmisiniz. Sizin Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı, Rusiya Federasiyası Hökuməti Mükafatı Laureatı kimi yüksək adlar almağınız, habelə Rusiya Elmlər Akademiyasına üzv seçilməyiniz Sizin tibb elmində nailiyyətlərinizin etirafıdır. Sevindirici haldır ki, Siz Azərbaycan üçün yüksək ixtisaslı tibbi kadrlar hazırlanmasına lazımi diqqət yetirmisiniz və yetirirsiniz.

Yaradıldığı andan Sizin rəhbərlik etdiyiniz Ümumrusiya Azərbaycanlılar Konqresi Azərbaycan diasporunun nüfuzlu ictimai təşkilatlarından birinə çevrilməyə və Rusiya-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə inkişafına layiqincə töhfə verməyə nail olub. Konqresin Rusiyada yaşayan azərbaycanlıların Rusiya cəmiyyətinin tərkib hissəsinə çevrilə bilməsi və özlərinin ikinci vətəninin inkişafına və çiçəklənməsinə kömək etməsi üçün gördüyü bütün işləri Azərbaycanda yüksək qiymətləndirirlər. Ümidvaram ki, bu strategiya gələcəkdə də Konqresin səmərəli işini təmin edəcək.

Əminəm ki, Siz bundan sonra da elmi və ictimai fəaliyyətinizi ahəngdar şəkildə əlaqələndirəcək, həm insanların sağlamlığının qorunması sahəsində uğurlar qazanacaq, həm də cəmiyyətdə tolerantlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsinin bərqərar olmasına kömək edəcəksiniz. Sizə ən xoş arzularımı bildirirəm.

Tarix
2015.04.08 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla