Yuxarı

Putinlə Ərdoğanın Qarabağ müzakirəsi: Nələr dəyişir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Türkiyə regionda gücləri balanslaşdırmaq üçün Azərbaycanın milli məsələləri və Cənubi Qafqazdakı vəziyyətlə məşğul olmağa başlayır.

Bu sözləri Axar.az-a politoloq Rüstəm Şahsuvarov Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərini şərh edərkən deyib.

O bildirib ki, Rusiya təkbaşına Qafqazda sabitliyi təmin edə bilmir, buna görə də Türkiyənin müdaxiləsi lazımdır:

“Ərdoğan və Putin telefon danışığı apardılar və Qafqazdakı vəziyyəti müzakirə etdilər. İctimaiyyətə onlar arasındakı söhbətin ikinci dərəcəli hissəsi çatdırıldı və əsl məğzi barədə məlumat verilmədi. Biz isə bilirik ki, Qafqaz Rusiya-Türkiyə təsirinin kəsişdiyi bölgədir və Putin hazırkı reallığı etiraf edir. İki liderin danışığında söhbət üçün başqa mövzu da yox idi”.

R.Şahsuvarovun sözlərinə görə, indi Rusiya Türkiyənin Azərbaycana yardımı və Türkiyənin bölgədəki hərbi mövcudluğu ilə hesablaşmağa məcburdur:

“Rusiya hər zaman Türkiyəni Qafqazdan uzaqlaşdırmaq, türk təsirinin qarşısını almaq və Qafqazı öz “qoruğu”na çevirmək üçün əlindən gələni edib. Ancaq gözümüzün önündə dünyanın güclü dövlətinə çevrilən Türkiyənin artıq sürətlə və davamlı inkişafını Rusiya nəzərə almaya bilməz”.

Politoloq onu da əlavə edib ki, yeni reallığın formalaşmasına təsir edən amillərdən biri də Azərbaycan və Türkiyənin birgə hərbi təlimləridir:

“Bu, qardaş Türkiyədən Azərbaycana səmərəli hərbi yardımın göstərilməsi, ölkəmiz üçün doğma olan Türkiyə ordusundan Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində böyük bir addımdır. Qeyd etmək lazımdır ki, manevrlər yalnız Türkiyənin 1921-ci il Qars və Moskva müqavilələrinə görə məsuliyyət daşıdığı Naxçıvanda deyil, həm də Azərbaycan ərazisinin əsas hissəsində - Bakı, Gəncə, Yevlax, Kürdəmirdə keçiriləcək. Bundan əlavə, ən yeni silahlardan və çox sayda kadr ehtiyatından istifadə olunacaq. Bütün bunlar çox önəmli nüanslardır”.

Tarix
2020.07.29 / 10:56
Müəllif
Zaur, Gülnar
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla