Yuxarı

Kəmaləddin Heydərov əfqan nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov əfqan nazirlə görüşdü

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Fovqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirmişdir ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.

Səmimi qəbula görə təşəkkür edən Daud Şah Saba bildirib ki, onun rəhbərlik etdiyi nazirlik Fövqəladə Hallar Nazirliyi ilə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2015.04.09 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla