Yuxarı

İlham Əliyev Mərkəzi Banka sədr təyin etdi - 3 sərəncam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:14

Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması, o cümlədən Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

***

Prezident İlham Əliyev E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilsin".

19:38

Prezident İlham Əliyev inşaat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

"İnşaatçılar Günü" peşə bayramı münasibətilə və Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Abbasov Əli Abbas oğlu
Axundov Etibar İsa oğlu
Babayev Nağdəli Həsən oğlu
Babayev Ramiddin Məhəmməd oğlu
Bağırov İbadulla Həbib oğlu
Bayramov Cəbrayıl Əvəz oğlu
Camalov Əlvan Şahbaz oğlu
Əhmədov Rüfət Sahib oğlu
Ələkbərov Xalid Tağı oğlu
Əliyev Rauf Ramiz oğlu
Əliyev Sehran Xanoğlan oğlu
Əliyev Şahin Arif oğlu
Əliyev Yaşar Şamil oğlu
Fərzəliyev İlqar Şükür oğlu
Göyüşov Xaliq Avdil oğlu
Hümbətova Enfira Hümbət qızı
Hüseynov Rövşən Müzəffər oğlu
Hüseynov Səfər Musa oğlu
Xəlilbəyov Şahin Sabirbəy oğlu
İbrahimov Əli Əliş oğlu
İskəndərov Yelmar Əmirxan oğlu
İsmayılov Elman Behbud oğlu
Kərimov Anar Adil oğlu
Qasımov Əhməd Zeynalavdin oğlu
Qasımov Nizami Fikrət oğlu
Quvalov Abbas Abdurəhman oğlu
Məmmədov Asəf Mehdi oğlu
Məmmədov Aydın Rza oğlu
Məmmədov Nazim Niyazi oğlu
Məmmədova Tatyana Aleksandrovna
Mirzəliyev İlham Ata oğlu
Muxtarzadə İbrahim Qənbər oğlu
Nağıyev Eytibar Heydər oğlu
Nağıyev Nəriman Talib oğlu
Nəsirov Nəsir Vəzir oğlu
Papaqçıyev Yusif Paşa oğlu
Ramazanov Tural Mustafa oğlu
Səlimov Vahid Sərxan oğlu
Şirinov Cəsarət Tapdıq oğlu.

Tarix
2015.04.09 / 19:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla