Yuxarı

Pandemiya bunu sıradan çıxarır: diqqətli olaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pandemiya bunu sıradan çıxarır: diqqətli olaq

Pandemiya ölkəmizdə bayram adət-ənənələrinin yavaş-yavaş sıradan çıxmasına səbəb ola bilər.

Bunu Axar.az-a karantin qaydalarının bayramlara təsiri barədə danışan sosioloq Əhməd Qəşəmoğlu deyib. O bildirib ki, bayram adət-ənənələrinin unudulmaması üçün indiki dövrə uyğun olaraq yeni qaydalar düşünülməli və tətbiq edilməlidir:

“Biz indiki şəraitə uyğun olaraq bayramların keçirilməsinə çalışmalıyıq. Müəyyən yeni formalar tapılmaqla bayramlarımız təntənəli şəkildə keçirilməlidir. Hökm deyil ki, ənənəni olduğu kimi davam etdirək. Çünki indi Qurban bayramını əvvəlki formada qeyd etmək düzgün olmaz. Əvvəllər ayrılmış ərazidə və yerlərdə heyvanı kəsib içalatını, dərisini və digər kəsilmiş hissələrini bir tərəfə atırdılar və qorxunc mənzərə yaranırdı. Pandemiya şəraitində heyvanın bu cür kəsilməsi xəstəlik riskini artıra bilər. Bu səbəbdən yeni şəraitə uyğun formalar olmalıdır. Məsələn, biz fikirləşdik ki, Qurban bayramı günü imkansızlara yardım məqsədilə hər kəs öz kəndində mağazaya borcu olan insanların borcunun silinməsinə kömək etsin. Bundan başqa, adət-ənənələrin unudulmaması üçün yeni formalar və qaydalar düşünülməlidir. Əks halda bayram adət-ənənələri unudula bilər. Bu isə yaxşı hadisə deyil. İnsanların doğmalaşmasında, yaxınlaşmasında bayramların xüsusi rolu var. Bayramlar olmasa, insanların mənəvi psixoloji itkiləri ola bilər. Bunun baş verməməsi üçün bu istiqamətdə ciddi şəkildə düşünmək lazımdır”.

Tarix
2020.07.31 / 08:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla