Yuxarı

"Qarabağın nizamlanma prinsipləri çoxdan məlumdur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağın nizamlanma prinsipləri çoxdan məlumdur"

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində budəfəki eskalasiyaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Azərbaycan ilə Ermənistan arasında döyüş əməliyyatları bu münaqişənin, Ermənistan tərəfindən silahlı təcavüzün və Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinin nəticəsidir. Ermənistanın pozucu siyasəti, o cümlədən təmas xəttində və dövlət sərhədində daim təxribatlar törətməsi onun bu münaqişənin həllində maraqlı olmadığını və status-kvonu uzatmaq cəhdini nümayiş etdirir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri çoxdan məlumdur. Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi (822, 853, 874, 884 nömrəli), Helsinki Yekun Aktı əsasında, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, onun beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Başqa həll yolu yoxdur və ola da bilməz. Yuxarıda göstərilən prinsiplər əsas götürülməklə mərhələli nizamlama prosesində Ermənistan işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarmalı, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün hər cür şərait yaratmalıdır", - PA rəsmisi qeyd edib.

Tarix
2020.08.02 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla