Yuxarı

Ermənilər də “Dağlıq Qarabağ”ı tanımır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər də “Dağlıq Qarabağ”ı tanımır

Ermənistan parlamentinin xarici əlaqələr komissiyası "Dağlıq Qarabağ Respublikasının tanınması barədə" qanun layihəsini qəbul etməyib.

"Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, Ermənistanın müxalifətyönümlü "İrs" partiyasının deputatı Zarui Postancyan "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qanun layihəsi irəli sürüb. Komissiya isə öz növbəsində qanun layihəsinə alternativ kimi xüsusi bəyanatın verilməsini təklif edib. Lakin Z.Postancyan öz qanun layihəsini geri götürməkdən imtina edib.

Hakim partiyanın nümayəndələri səsvermədə iştirak etməyiblər və onlar öz mövqelərini belə ifadə ediblər ki, "Dağlıq Qarabağ"ın müstəqil respublika olmasına qarşı olmasalar da, hal-hazırda bu məsələnin gündəmə gətirilməsi məqsədəuyğun deyil.

Xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, bu məsələ bu günkü oyunun tələblərinə cavab vermir.

Tarix
2013.10.22 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla