Yuxarı

Tiflisdən İrəvana silah aparılmasına reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdən İrəvana silah aparılmasına reaksiya

Gürcüstan tranzit yüklərlə bağlı bütün beynəlxalq qaydalara riayət edir və silah-sursatın çatdırılması qarşılıqlı razılıq əsasında həyata keçirilir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, Gürcüstanın tranzit imkanlarından bir çox ölkələr istifadə edir:

“Qonşularımız Azərbaycan və Ermənistan da bu imkanlardan yararlanır. Bununla bağlı biz beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edirik. Hərbi yüklərin də daşınması ilə bağlı xüsusi qaydalar mövcuddur”.

Nazir müavini Gürcüstanın Azərbaycan və Ermənistana münasibətdə mövqeyinin aydın olduğunu deyib:

“Biz bölgədə sülh və sabitliyin tərəfdarıyıq. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı, Ermənistanla mehriban qonşuluq münasibətləri var”.

Tarix
2020.08.05 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla