Yuxarı

Prezident bu qurumlardan narazıdır: dəyişiklik… - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkədə fəaliyyət göstərən bəzi özəl şirkətlər müəyyən iqtisadi problemlər qarşısında çətin vəziyyətdə qalır, hətta müflisləşirlər. Lakin dövlət şirkətləri müntəzəm olaraq dövlətdən dəstək alırlar. Belə olduqda dövlət şirkətlərinin özəl şirkətlərə nəzərən müflisləşmə və ya bağlanma riski az olur. Görünür, bu, bir sıra dövlət şirkətlərini arxayın salıb.

Bunu Axar.az-a millət vəkili Elman Nəsirov ötən gün Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə haqda danışarkən deyib.

E.Nəsirov vurğulayıb ki, müşavirənin ən diqqətçəkən məqamı ölkə başçısının bir sıra dövlət şirkətlərinin fəaliyyətindən narazılığını dilə gətirməsi oldu:

“Prezident xüsusilə “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Neft Şirkəti, AZAL ilə bağlı narazılığını bildirdi. Bu və bu kimi bir sıra şirkətlər həqiqətən də dövlətin gözləntilərini doğrultmur. Halbuki hər il bu şirkətlərə dövlət büdcəsindən yardımlar ayrılır, eyni zamanda güzəştlər tətbiq edilir. Mövcud pandemiya dövründə isə bu şirkətlərə vergi, gömrük rüsumu kimi endirimlər edilməsinə baxmayaraq, dövlətin gözləntilərini qarşılamır. Təsadüfi deyil ki, ölkə başçısı “dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir” ifadəsini işlətdi. Təəssüf ki, bu gün bir sıra dövlət şirkətləri həqiqətən də özünü sosializm iqtisadi modelində sanır. Dövlət şirkətləri dövlət büdcəsindən dəstək almamalı, ona dəstək olmalıdır”.

Elman Nəsirovun sözlərinə görə, ölkədə fəaliyyət göstərən özəl şirkətlərə dövlət dəstəyinin ayrılması daha səmərəli nəticələr verə bilər:

“Bu gün vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Xüsusilə ölkə başçısının vergi sistemində ciddi islahatlar aparması özəl sektorun inkişafına böyük dəstək verdi. Dünya təcrübəsinə baxdıqda da biz bunu görə bilərik. Dövlət büdcəsi əsasən özəl sektorda formalaşır. Ölkə başçısının müşavirədə toxunduğu məqamlar və dövlət şirkətlərinin fəaliyyətindən narazılığı iki şeydən xəbər verir: Birincisi, ölkədə bəzi sahələrin özəlləşməsinə ciddi ehtiyac var. Bu sahələr özəl sektorun himayəsinə və ya ölkəyə cəlb edilən xarici investorlara həvalə edilə bilər. Bu isə faktiki olaraq yeni bir özəlləşmə proqramı deməkdir.

İkincisi, dövlət şirkətlərinin iş prinsipinə yenidən baxılaraq paralel olaraq özəl sektorun inkişafına da müvafiq dəstək proqramları tərtib edilə bilər”.

Tarix
2020.08.07 / 14:02
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla