Yuxarı

Misirin Türkiyəyə qarşı təhlükəli gedişi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə qarşı Yunanıstan və Misirin birlikdə hərəkət etməsi olduqca təhlükəli gedişdir. Türkiyə Hərbi Dəniz Qüvvələrinin 10-11 avqust tarixləri arasında Aralıq dənizi sahilində döyüş atışlı təlim keçirməsi qərarı bir daha bunu sübut edir. Tərəflərin bu kimi fəaliyyətləri regionda gərginliyi pik həddə çatdıra bilər. Hətta zəif də olsa, lokal bir silahlı insident də istisna deyil.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Türkiyə Hərbi Dəniz Qüvvələrinin 10-11 avqust tarixləri arasında Aralıq dənizi sahilində döyüş atışlı təlim keçirəcəyi haqda danışarkən deyib.

“Bir müddət öncə Misir və Yunanıstan arasında imzalanan iqtisadi zona haqqında müqavilə Türkiyə tərəfinin narazılığına səbəb oldu. Türkiyə XİN açıqlamasında sözügedən müqavilənin heç bir hökmünün olmadığını bəyan etdi. Məhz bundan sonra Yunanıstan Misirlə birlikdə Türkiyə ilə mübahisəli adalar ətrafında hərbi təlimlər keçirəcəyini açıqladı. Türkiyə Hərbi Dəniz Qüvvələrinin 10-11 avqust tarixləri arasında Aralıq dənizi sahilində döyüş atışlı təlim keçirməsi qərarı rəsmi Afinanın bu addımına cavab mahiyyəti daşıyır”, - o bildirib.

Politoloq qeyd edib ki, həm Yunanıstan, həm də Misir Türkiyənin regionda günü-gündən güclənməsi ilə barışa bilmir:

“Xüsusilə Yunanıstanın Aralıq dənizində rəsmi Ankaraya meydan oxuması Türkiyənin regionda artan təsirindən qorxması kimi izah edilə bilər. Rəsmi Afina Türkiyənin Aralıq dənizində 12 mübahisəli ada və Kipr mövzularındakı haqlı mövqeyini anlayır. Buna baxmayaraq, Türkiyə qarşısında geri çəkilmək istəmir.

Misirin isə Türkiyəyə qarşı Yunanıstanla birlikdə hərəkət etməsinin daha fərqli səbəbləri var. Belə ki, Türkiyənin Liviyada Sərrac hökumətinə dəstəyi və Haftara sarsıdıcı zərbə vurması Misirin hərbi çevriliş ilə hakimiyyətə gələn lideri Sisini çox narahat edir. Haftar Sisi üçün bir səddir. Əgər Haftar devrilsə, sıra Sisiyə də gələ bilər. Bu səbəbdən Misir Yunanıstan ilə birlikdə Türkiyəyə Aralıq dənizinin şimalında hərbi güc nümayiş etdirmək və vaxt qazanmaq istəyir. Bu vaxt ərzində isə Liviyada Haftarın yenidən güclənib vəziyyəti lehinə çevirməsi üçün dəstək verilə bilər”.

Tarix
2020.08.08 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla