Yuxarı

Bacısı öldürüldü, evi yandırıldı, başçı isə “bir də gəl” deyir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısı öldürüldü, evi yandırıldı, başçı isə “bir də gəl” deyir...

15:49

Ötən il Bərdədə oğrular tərəfindən bacısı öldürülən və evi yandırılan Nicat Qarayevə rayon İcra Hakimiyyəti kömək etmir.

Bununla bağlı Axar.az-ın redaksiyasına müraciət edən Bərdənin Kətəlparaq kənd sakini Nicat Qarayev bildirib ki, hazırda anası ilə birgə həyətyanı sahədə yaşayır:

“2019-cu ilin martında evimizə iki oğru girmişdi. Bacımı öldürüb, anama da bıçaq zərbələri vurub, evimizi yandırdılar. Anam 23 gün reanimasiyada qaldı. Evimiz olmadığı üçün bir neçə dəfə Bərdə İcra Hakimiyyətinə və icra başçısı Vidadi İsayevə müraciət etdik. Bizi yalnız bir dəfə onlayn qəbul edib dedilər ki, rayon ərazisində nə vaxtsa məktəb sökülsə, oranın materialları ilə sizə kömək ediləcək”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Bərdə icra başçısının müavini Fəqət Şadlinskaya bildirib ki, Nicat Qarayev başçının onlayn qəbuluna bir dəfə də düşə bilsə, bu məsələyə baxılar:

“İcra başçısı rayon sakinləri ilə onlayn qəbullar keçirir. Düzdür, yandırılan evlərin təmiri üçün İcra Hakimiyyətində elə bir fond yoxdur. Lakin buna bənzər hadisələr olan zaman rayon sakinlərinə yardım edilib. Nicat Qarayev yenidən icra başçısının və ya müavinlərin onlayn qəbuluna düşərsə, bu məsələyə baxılar”.

Bərdə rayon deputatı Zahid Oruc saytımıza açıqlamasında deyib ki, problemin həlli üçün aidiyyəti qurumlara müraciət edib:

“Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə də müraciət etmişəm. Problemin həlli üçün ortaq məxrəc tapılacaq. Bu məsələni diqqətdə saxlayacağam”.

Tarix
2020.08.10 / 17:20
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla