Yuxarı

Qarabağa erməni köçü: sayı 300 minə çatdırmaq üçün... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:46

Beyrutdaki partlayışdan sonra açınacaqlı şəraitdə yaşayan Livan ermənilərinin vəziyyəti bir qədər də ağırlaşıb. Belə ki, ermənilərin sıx məskunlaşdığı Hacin, Mar Mixail və Bed Xəlil rayonları partlayışın baş verdiyi əraziyə kifayət qədər yaxın məsafədə yerləşir.

Axar.az xəbər verir ki, bunu İranda dərc edilən “Araks” nəşrinin redaktoru, analitik Movses Keşinyan deyib. Onun sözlərinə görə, son vaxtlar Livan ermənilərinin iqtisadi vəziyyəti o dərəcə pisləşib ki, onların bir qismi yaşamağa və qidalanmağa çətinlik çəkirlər.

Keşinyan hesab edir ki, İrəvan hökuməti ilk növbədə məhz bu cür livanlıları Ermənistana qaytarmalıdır.

“ABŞ, Kanada və digər ölkələr Livandan mühacirlərinə qapılarını açana qədər Ermənistan hərəkətə keçməlidir. Fürsətdən istifadə etməliyik, çünki bizim üçün bu, həm demoqrafik, həm də döyüş gücümüzü artırmaq üçün yaxşı bir imkandır. Yəni onların vasitəsilə erməni əsgərlərinin sayını artıra bilərik. Biz məsələyə bu yöndən baxmalıyıq”, – Keşinyan bildirib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərinin müavini Sərdar Ünsal “Yaşıl İğdır” qəzetinə verdiyi müsahibədə bəzi Livan ermənilərinin artıq işğal altındakı Qarabağa göndərildiyini söyləyib.

“Beyrutdakı partlayışdan sonra ermənilərin böyük zərər gördüyünü iddia edən Livan Ermənistan İnqilabi Federasiyasının "Daşnaktsütyun" gənclər təşkilatı orada yaşayan erməniləri Qarabağa yerləşdirməyə hazırlaşır. Buna tez bir zamanda müdaxilə edilməlidir. Partlayışdan bəhanə kimi istifadə edərək Qarabağda kütləvi şəkildə yerləşməyi planlaşdırırlar. Onların məqsədi Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Suriya, Livan və digər ölkələrdən olan ermənilər Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilirlər”, – Sərdar Ünsal qeyd edib.

Qeyd edək ki, hazırda rəsmi rəqəmlərdə 140 minə yaxın göstərilsə də, faktiki olaraq bütün Qarabağ ərazisində 60 min civarında erməni yaşayır.

Tarix
2020.08.11 / 12:38
Müəllif
Süleyman Həmidov
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla