Yuxarı

“Qarabağın sülhlə həll edilməyəcəyi artıq bəllidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağın sülhlə həll edilməyəcəyi artıq bəllidir”

"Ermənistan heç bir halda sülh istiqamətində addım atmaq istəmir və atmayacaq da. Moskva isə bu yolda vassalına arxa çıxmağa davam edəcək".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O, Qarabağ məsələsinin həlli istiqamətində bu iki ölkənin oyun xarakterli görüşlərinin heç bir nəticə verməyəcəyini bildirib:

"Ermənistanın Rusiyaya arxalanaraq öz müstəqilliyini tamamilə itirmiş bir ərazi və faktiki hərbi forpost olduğu bu dəfə də etiraf olundu. Bunu bir müddət öncəki Moskva görüşü ortaya qoydu. Bu görüşlə danışıqlar prosesinin imitasiyası ilə guya Cənubi Qafqazda sülhü və əminamanlığı yaratmaq mahiyyətini ortaya qoymağa çalışırlar. Ancaq maraqlıdır, bununla kimi aldadırlar. Nalbadyanın Rusiya səfəri vassallığın növbəti təsdiqi idi. Eyni zamanda Qarabağ məsələsinin yubanmasında böyük rol oynayan bu iki tərəfin qeyri-səmimi görüşü o anlama gəlir ki, Ermənistan heç bir halda sülh istiqamətində irəli addım atmaq istəmir və bu cür təhdidlər də Cənubi Qafqazda sülhün inkişafını maneə törədən ən əsas amildir. Bu gün sülhdən imtina edən bir işğalçı ölkə və ona arxa çıxan Moskvanın son zamanlar Qarabağ məsələsinə yönəlik çıxışları və bəyanatları artıq problemin həllində sülh yolunun qeyri-mümkünlüyünü göstərir".

Tarix
2015.04.13 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla