Yuxarı

Azərbaycan Avratlantik məkana inteqrasiya yolu tutmalıdır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:20

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini, eyni zamanda xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfərlərini necə qiymətləndirirsiniz? Bəzi partiyalar Azərbaycanda hərbi təlimlərdə iştirak edən Türkiyə hərbçilərinin Azərbaycanda qalması və burada Türkiyə hərbi bazalarının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Bu məsələyə də münasibətinizi bilmək istərdik.

- Birgə hərbi təlimləri çox yüksək qiymətləndirirəm. Bu, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün son dərəcə əhəmiyyətlidir. Bu, həm Ermənistana, həm də regionda marağı olan digər dövlətlərə bir mesajdır ki, Azərbaycan tək deyil.

Seçkilərdən sonra yeni seçilmiş Türkiyə və Azərbaycan prezidentlərinin ilk səfərlərini qardaş ölkələrə etməsi artıq ənənə halını alıb və təbiidir. Bu baxımdan, yeni təyin olunmuş Xarici İşlər nazirinin də ilk səfərini qardaş Türkiyəyə etməsi təsadüfi deyil. Çox istərdim ki, mənim dəfələrlə qaldırdığım və Türkiyə tərəfinin də müdafiə etdiyi şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər məsələsi tezliklə öz həllini tapsın, siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq daha yüksək səviyyəyə qaldırılsın.

Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasına gəldikdə isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Hərbi Doktrina"sının 29-cu bəndinə görə, Azərbaycanda xarici hərbi bazaların yaradılmasına yol verilmir. Yalnız hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud xarici hərbi iştiraka müvəqqəti icazə verilə bilər. Amma daha üstün hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Milli Təhlükəsizliyi haqqında Qanunun 19.4-cü maddəsinə əsasən, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan neytrallıq siyasəti yürüdür və Qoşulmayanlar Hərəkatının üzvüdür. Bu baxımdan, Türkəyənin Azərbaycanda hərbi bazasının yaradılması üçün ilk növbədə Azərbaycanın xarici siyasətində və mövcud qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması ideyasına gəldikdə isə, bu məsələyə Qarabağın işğalına son qoyulması prizmasından yanaşmaq lazımdır. Mən düşünürəm ki, Türkiyə Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparmalıdır. Ehtiyac olarsa, Azərbaycanın ərazi bütövlüyü naminə xarici siyasətdə hansısa güzəştlərə getməyə də hazır olmalıdır. Paralel olaraq, Azərbaycan da Rusiya ilə danışmalı, onları əmin etməliyik ki, onlar Qarabağı işğaldan azad etdiyimiz zaman ermənilərə kömək etməyib bizi işğalçılarla təkbətək buraxarlarsa, biz onların regiondakı maraqlarını qoruyacağıq. Bu, Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional birliklərə qoşulması və ikitərəfli dövlətlərarası müqavilələrlə təsdiq oluna bilər.

Azərbaycanın regionda təhlükəsizliyinin təmin olunması üçün müxtəlif ideyalar irəli sürülür və cəmiyyətdə müzakirə olunur. Belə ideyalardan biri hələ uzun illər bundan öncə mənim tərəfimdən irəli sürülmüşdü ki, regionun təhlükəsizliyi və inkişafı üçün Avropa İttifaqı modelində "Türk-Slavyan Respublikaları İttifaqı" (TSRİ) yaradıla bilər. Bu ittifaqa Türkiyə ilə yanaşı, istəyərlərsə, Moldova, Gürcüstan, Ermənistan və Tacikistan da daxil ola bilər. Həm də çalışmalıyıq ki, əhalisinin yarısını azərbaycanlı türklər təşkil edən İran da həmin ittifaqın üzvü olsun. O zaman türklər hansı dövlətdə yaşamalarından asılı olmayaraq, eyni itifaqın vətəndaşları olub milli və mədəni baxımdan daha sıx inteqrasiya ola bilərlər. Bu ittifaq artıq mövcud olan Avrasiya İttifaqının genişləndirilməsi və ona yeni məzmun verilməsi yolu ilə də yaradıla bilər. Yeni ittifaq Avropa Birliyi və Çinlə rəqabət aparmaq gücündə olub, dünyada iqtisadi inkişafa və təhlükəsizliyə böyük təhfə verə bilər.

Qayıdaq Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq ideyasına. Əgər Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə, o halda bu barədə xalqımızla açıq danışılmalı və Azərbaycan neytrallıq siyasətindən imtina edib, Avratlantik məkana inteqrasiya yolu tutmalıdır. Bu zaman atılmalı olan ilk addım Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında sazişin imzalanması və NATO-ya üzvlük üçün müraciətin edilməsi, Avropa İttifaqı ilə sıx inteqrasiya siyasətinin yürüdülməsi olmalıdır. Bundan sonra isə Azərbaycan Rusiyanın Çeçenistanda etdiyini edib, torpaqlarımızı işğaldan azad etməlidir. Biz Türkiyənin Rusiya ilə müharibəyə cəlb edilməsinə imkan verməməliyik. Türkiyə bizə hərbi təlimlərdə kömək etməli, müasir silah-sursat satmalıdır. Rusiya hərbçiləri Birinci Qarabağ savaşında olduğu kimi, Ermənistan tərəfdən açıq formada döyüşə qatılarsa, o zaman qardaş Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaqdır. Son birgə təlimlər həm də bunun anonsu idi.

Tarix
2020.08.12 / 13:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla