Yuxarı

Azərbaycanın təhlükəli qonşuları var - ABŞ-da müzakirə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda yerləşən Xəzər Siyasət Mərkəzi (CPC – Caspian Policy Center) növbəti iclasında COVİD-19 pandemiyasının Xəzər regionundakı təhlükəsizlik və əməkdaşlıq baxımından yaratdığı fəsadları gündəmə gətirib.

Axar.az Report-a istinadən xəbər verir ki, tədbirdə ABŞ Dövlət Departamenti, gömrük və sərhəd xidmətləri, Pentaqon kimi aidiyyəti qurumların yüksək rütbəli rəsmiləri, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın ekspertləri iştirak ediblər.

Tədbiri CPC-nin icraçı direktoru Əfqan Nifti açaraq Xəzərin qərb və şərq sahilləri arasında regional əməkdaşlığın genişlənməsinin bütün region, həmçinin ABŞ üçün böyük gələcək vəd etdiyini deyib.

Pentaqon rəhbərinin köməkçisinin Rusiya, Ukrayna, Avrasiya işləri üzrə müavini Laura Kuper də regionda əməkdaşlığın əhəmiyyətini irəli sürüb:

“Xəzər regionunda əməkdaşlıq əlaqələrimiz milli müdafiə strategiyamızın bir sıra mühüm istiqamətlərini dəstəkləyir. Bunlar ABŞ mənafelərini uzun müddət qorumaq üçün tərəfdaşlığı gücləndirmək, ölkəni terror hücumlarından qorumaq, kütləvi qırğın silahlarının yayılmasını əngəlləməkdir”.

“Cənubda İranla, şimalda Rusiya ilə həmsərhəd olan, Avropa, Yaxın Şərq, Mərkəzi Asiyanın qovşağında yerləşən Azərbaycanın nə qədər təhlükəli qonşuluqda yerləşdiyini, üzləşdiyi potensial sərhəd təhdidlərini yaxşı başa düşürük” – ekspert əlavə edib.

Pentaqonun Mərkəzi Asiya siyasəti şöbəsinin direktoru Klark Adams bildirib: “Bu regionu Əfqanıstanla logistika əlaqələri üçün vacib amil olaraq görən ABŞ terrorçuluqla mübarizə və region ölkələrinin sərhədlərinin təhlükəsizliyi sahəsindəki potensialı daha da artırmağa çalışır”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də regionda əməkdaşlığın geniş imkanlarını qeyd edib: “Mərkəzi Asiyada Birləşmiş Ştatların və Avropa İttifaqının strategiyası müstəvisində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların mövcud olduğuna inanırıq. Ona görə də Mərkəzi Asiya ölkələrilə ABŞ və Azərbaycanın iştirakı ilə forum keçirməyi təklif edirik”.

Özbəkistan prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu direktorunun birinci müavini Əkrəmcan Nemətov nəqliyyat sahəsindəki əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını ifadə edib: “Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından Mərkəzi Asiya ölkələrinin istifadə etməsi nəqliyyat dəhlizlərini şaxələndirməyə, yeni-yeni bazarlara çıxmağa imkan yaradacaq. Digər tərəfdən Cənubi Qafqaz üçün də Mərkəzi Asiya Çinə, Cənubi Asiyaya çıxmaq üçün qapı ola bilər. Gələcəkdə inşa olunacaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu da Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin mühüm parçasına çevrilə bilər”.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da regional və dünya təhlükəsizliyinin güclənməsinə Qoşulmama Hərəkatının töhfələrinə diqqət çəkib: “Qoşulmama Hərəkatı təkcə ideologiya və siyasətlə yox, çoxtərəfli formatlardakı birgə fəaliyyətin əməli nəticələri ilə də bağlıdır”.

Tədbir iştirakçıları Xəzər regionunda sabitlik və rifah baxımdan Əfqanıstanın da bənzər müzakirələrdə iştirakının faydalı olacağı qənaətinə gəliblər.

Tarix
2020.08.12 / 20:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla