Yuxarı

Əliyevin Putinə zəngində diqqət çəkən məqam - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Putinə zəngində diqqət çəkən məqam - Video

09:00

Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının regiona olan real təsirini müşahidə edə biləcəyik.

Bunu Axar.az-a Prezident İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Azərbaycan Rusiya qarşısında əsas məsələləri qaldırıb:

“Bütün hallarda düşünürəm ki, bu telefon danışığı çox önəmli idi. Çünki burada Azərbaycan Rusiya qarşısında daha çox özünü narahat edən problemləri açıq şəkildə qaldırdı. Düşünürəm ki, Prezident İlham Əliyev Azərbaycanı qane edən bir cavab da aldı. Çünki açıqlamanın sonunda qeyd edilib ki, tərəflər ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişafına dair fikir mübadiləsi aparıb. Bu o deməkdir ki, Bakının Kremllə dialoqu konstruktiv şəkildə gedir. Bütün hallarda problemli məsələlərə aydınlıq gətirilib”.

Politoloq onu da qeyd edib ki, vaksinlə bağlı məsələyə toxunulması ölkəmizin onun alıcılarından olacağına işarədir:

“Telefon danışığında koronavirus vaksini ilə bağlı məsələnin də müzakirə olunması göstərir ki, vaksin özünü doğruldarsa, Azərbaycan onun alıcılarından biri ola bilər”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. İ.Əliyev rusiyalı həmkarına iyulun 17-dən bəri Rusiyadan Ermənistana göndərilən hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Tarix
2020.08.14 / 10:56
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla